Düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən... - Vüqar Rəhimzadə AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən... - Vüqar Rəhimzadə AÇIQLADI

“İstər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytların, habelə müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir”.

Publika.az xəbər verir ki, bu sözləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Media: dini radikalizmlə mübarizə” adlı tədbirdə çıxışı zamanı deyib.

V.Rəhimzadə vurğulayıb ki, düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən maliyyələşən bu saytların ictimai-siyasi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir:

“Bu saytları Mətbuat Şurasında araşdırırıq. Məlum olur ki, onların sahibi xaricdə domen alıb, Azərbaycanla bağlı çaşdırıcı məlumatlar yayırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm