Bəxtiyar Sadıqov: “Ölkəmizdə xalq-iqtidar birliyi var”
Bizi izləyin

Nida Xəbər

Bəxtiyar Sadıqov: “Ölkəmizdə xalq-iqtidar birliyi var”

“Terror aktlarını törədənlərin “Allahu-əkbər” ifadəsini işlətməsi təsadüfi deyil. Məqsəd terroru islamla əlaqələndirməkdir”.

Publika.az xəbər verir ki, bu sözləri “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov “Media: dini radikalizmlə mübarizə” tədbirində dilə gətirib.

Onun sözlərinə görə, “beşinci kolon” üzvləri, ekstremist qüvvələr din pərdəsi adı altında sabitliyi pozmağa çalışırlar: “Bu qüvvələr zaman-zaman gündəmə gəlirlər. Ölkədə sabitlik iqtidarla xalq arasında birlik olmayanda pozulur. Lakin ölkəmizdə xalq-iqtidar birliyi var. Azərbaycan xalqı öz prezidentindən razıdır. 15 il əvvəlki həyatımızı bu günlə müqayisə edəndə bunu daha yaxşı anlayırıq. Ölkəmizdə sabitliyin pozulmasını istəyənlər din pərdəsindən istifadə edirlər. Prezidentin İlham Əliyev Gəncə hadisələrindən sonra hüquq-mühafizə orqanları rəhbərləri ilə keçirdiyi konfransda da açıq şəkildə bildirdi ki, “Bu əməlləri törədənlərin heç biri müsəlman deyil”. Qan tökən, qardaşına əl qaldıran müsəlman ola bilməz”.

Millət vəkili həmin şəxslərin hamısının cəzalandırılacağını bildirib:

“Bizim kifayət qədər güclü hüquq-mühafizə orqanlarımız var. Biz jurnalistlər, media kapitanları daim bu qüvvələrə qarşı olmalıyıq. Ekstremist, radikal qüvvələr deyəndə din adını çox da istifadə etməməyin tərəfdarıyıq. Mediada yəqin ki, bu ifadə yaranacaq və biz də ondan istifadə edəcəyik. Cəmiyyətimiz ekstremistlərlə mübarizə aparacaq, biz də media olaraq onun önündə gedəcəyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm