Nida Xəbər
“Bizi ciddi sınaq gözləyir, Azərbaycan Rusiya və İranla...” - Qüdrət Həsənquliyev
Gəncədə baş verən olaylar son günlərin əsas müzakirə mövzusudur. Teror aksiyası və digər cinayətlərdə şübhəli bilinənlərin əhəmiyyətli hissəsi saxlanılsa da hər kəsi baş verənlərin arxasında dayanan qüvvələrin kimliyi ilə bağlı suallar, bu qəbildən olan hadisələrin yenidən təkrarlana biləcəyi ehtimalı düşündürür. Bu və digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az BAXCP sədrinin müsahibəsini təqdim
edir:
- Qüdrət bəy, bu gün hər kəsi düşündürən bir məsələ var:
Gəncədəki olaylar niyə təşkil olundu və bu olayları bitmiş hesab
etmək olarmı?
- Zənnimcə, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi
rol oynadı. Məsələn, Rusiya yəqin ki, silah satışına dair yeni
müqavilələr imzalamaq istəyir. Bundan başqa Azərbaycanın qərblə,
xüsusilə ABŞ-la münasibətlərini genişləndirmək və gücləndirmək
səyləri, İsraillə hərbi əməkdaşlıq da qonşularda qıcıq yaradır.
Başqa bir səbəb isə, çox güman ki, ictimaiyyətin Qarabağın azad
olunmasını daha israrla tələb etməsidir. Bu hadisələri təşkil
etməklə isə bizə ismarıc yolladılar.
Düşünürəm ki, hadisələr hələ bitməyib. Baş verənlər əsas döyüş
qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan
kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala
bilməsələr payızda daha böyük təxribatlara cəhd olacaq. Xalqın
iqtidara qarşı çıxmadığını görüb bu dəfə hansısa bölgəni terrorçu
qruplar (yaşıl adamcıqlar) vasitəsilə mərkəzi hökumətin
nəzarətindən çıxarmağa və dövlət çevrilişinə cəhd edə bilərlər.
Doğrudur, xalq iqtidara qarşı çıxmadı, amma bu, yetərli deyil və
xalqın daha fəal iqtidarın müdafiəsinə qalxması lazımdır.1993-cü il
iyunun 4-də baş verən qiyamın verdiyi dərsləri unutmalı deyilik.
Nəzərə alsaq ki, kənarda və elə iqtidarın daxilində də oyuncaq
prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir və
təəssüf ki, həm də Azərbaycan türklərinin dövləti olan İran
Azərbaycana münasibətdə həmişə Rusiyanın mövqeyindən çıxış edir,
deməli bizi ciddi sınaq gözləyir. Ona görə də hökumət qarşıdakı
aylarda ciddi və düşünülmüş qərarlar qəbul etməli, Rusiya və İranla
eyhamlarla, üstüörtülü yox, açıq danışmalı, beyənəlxalq birliyi baş
verənlər barədə məlumatlandırmalıdır.
- Sizcə, daha hansı qərarlar qəbul oluna
bilər?
- İlk növbədə icra hakimiyyət başçılarının islahatlar yolu ilə
səlahiyyətləri azaldılmalı, mülkiyyət toxunulmazlığı təmin
olunmalı, sahibkarların aşağı faizli kreditlər almasına imkan
yaradılmalı, sosialist təsərrüfat sistemindən əl çəkmək nə qədər
çətin olsa da, həmişəlik imtina olunmalı, böyük özəlləşdirməyə
gedilməli, ən başlıcası isə Prezident Adminstrasiyasını hüquqi
islahatlar aparmaq potensialında olan kadrlarla gücləndirməklə
məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və qanunun aliliyinin
təmin olunması istiqamətində mühüm addımlar atılmalıdır. Əyalətdə
oturub özünü hakimiyyət təmsilçisi kimi yox, quldurbaşı kimi
aparan, xalqın hədsiz nifrətini qazanmış, marıqda məqam gözləyənlər
əvvəlki xidmətlərindən və kimliyindən asılı olmayaraq nə qədər ki,
gec deyil ifşa olunub iqtidardan qovulmalıdırlar. Onların sosial
gərginlik və siyasi böhran yaradılmasında iştirakına imkan vermək
olmaz.
- Dediyiniz qərarlar qəbul olunmasa bizi nə
gözləyir?
- O zaman ya birləşmiş xarici və daxili düşmənlərə müqavimət
göstərib məğlub oluruq, nəticədə ölkə ya vətəndaş müharibəsi ilə
dağılır, ya da düşmənlər istədiyi adamı hakimiyyətə gətirirlər. Və
yaxud düşmənlərə boyun əyib töycü veririk, onların
müəyyənləşdirdiyi siyasətin icrası ilə məşğul oluruq, Qarabağ
haqqında isə yalnız danışmaq səlahiyyəti alırıq. Amma bu da davamlı
sabitliyə və iqtidarın tam toxunulmazlığına təminat verməyəcək,
çünki həmişə ağalara daha “yaxşı” təkliflər verən tapılacaq.
- Qüdrət bəy, bildiyimiz kimi Türkiyənin Rusiyadan C-400
raketlərini almasına görə NATO ilə qardaş ölkənin arasında
gərginlik yaşanır. Bu problemi Türkiyə necə çözə
bilər?
- Azərbaycan bu məsələdə Türkiyəyə öz köməyini təklif edə bilər.
Belə ki, Türkiyənin F-35 təyyarələrini ala bilməsi və NATO üzrə
müttəfiqləri ilə münasibətlərinin korlanmaması üçün həmin raket
komplekslərini Türkiyə və Rusiyanın ayıracağı kreditlər hesabına
Azərbaycan ala bilər. Türkiyə NATO üzvü olaraq qalmalıdır, Türkiyə
NATO-dan çıxarılarsa ona münasibət bu gün onu şirnikləndirən
dövlətlər tərəfindən qısa müddətdən sonra dəyişəcək.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO