"Qonşu dövlətlərin əli var" - Şeyx Gəncə olaylarından DANIŞDI - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

"Qonşu dövlətlərin əli var" - Şeyx Gəncə olaylarından DANIŞDI - (YENİLƏNDİ)

"Gəncə həmişə bizim diqqət mərkəzimizdədir. Çünki Gəncə İmam Hüseyn şəhəridir. Gəncədə baş verən sonuncu hadisələr bizi çox məyus etdi. Bu hadisələri biz terror aktı kimi qiymətləndiririk".

Bunu Gəncə İmamzadə Dini Kompleksində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən müşavirədə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

"Bu, düşünülmüş şəkildə ölkədəki sabitliyi, əmin-amanlığı pozmaq, dövlətə və dövlət xadimlərinə qarşı təxribatdır. Bu təxribatların törədilməsində Azərbaycanın qonşu dövlətlərinin, xüsusən də Ermənistanın, onların yoldaşlarının, əlaltılarının və köməkçilərinin əli var", - deyə, A.Paşazadə əlavə edib. (report)

***

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün səhər saatlarında Gəncə şəhərinə gedib.

Şeyxi QMİ-nin nümayəndə heyəti müşayiət edir.

Allahşükür Paşazadənin Gəncədə törədilmiş iğtişaşlar, icra başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi və iki polis zabitinin qətlə yetirilməsi hadisələrilə bağlı şəhər ictimaiyyəti, dindarlarla görüşəcəyi bildirilir. Görüşlərdə şeyxin ictimaiyyəti, din adamlarını islam adından sui-istifadə hallarına qarşı birliyə çağıracağı gözlənilir.

Allahşükür Paşazadə, həmçinin, Gəncədəki iğtişaşlar zamanı həlak olmuş iki polis zabitinin ailəsinə baş çəkəcək. (modern.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm