İrəvan Ordumuzun sirlərini öyrənmək üçün HƏRƏKƏTƏ KEÇDİ - Qriqoryandan İNANILMAZ SÖZLƏR
Bizi izləyin

Nida Xəbər

İrəvan Ordumuzun sirlərini öyrənmək üçün HƏRƏKƏTƏ KEÇDİ - Qriqoryandan İNANILMAZ SÖZLƏR

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra İrəvan Rusiyanın narazılığına səbəb olsa da NATO ilə daha sıx münasibətlər qurmaq istədiyini gizlətmir.

Publika.az
xəbər verir ki, Ermənistan milli təhlükəsizlik şurasının katibi Armen Qriqoryan bunun səbəbini etiraf edib.

Rusiyanın “Kommersant” nəşrinə danışan Qriqoryan bildirib ki, Ermənistan Azərbaycan Ordusunun necə işlədiyini anlamaq və rəqibin ordusu kimi güclənmək üçün NATO ilə sıx əməkdaşlığı dəstəkləyir.

“İrəvan Əfqanıstan və Kosovoda mövcud sülh missiyaları çərçivəsində NATO ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Ermənistan üçün bu əməkdaşlığın xeyri erməni hərbiçilərinin təcrübələrini artırmasıdır. Azərbaycan NATO ilə sıx əməkdaşlıq edir. Bu, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan üçün faydalıdır. Bununla yanaşı, azərbaycanlı hərbiçilər NATO üzvü olan Türkiyədə təlimlər keçirlər. Biz NATO ilə əməkdaşlıq edərək, bu strukturu anlamaq və Azərbaycan ordusunun necə işlədiyini bilmək istəyirik”, - deyə Qriqoryan etiraf edib.

Lakin o, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasını istisna edib.

A.Qriqoryan həmçinin, Ermənistanın cəbhədə hücuma keçə biləcəyini də qeyd edib: “Dağlıq Qarabağ məsələsində İrəvanın hazırkı siyasəti “fəal müdafiə” kimi səciyyələnir, lakin bu təkcə müdafiədən ibarət deyil. Biz hansısa önləyici addımlar da ata bilərik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm