Nida Xəbər
Azərbaycanın təklifləri qəbul edildi - XİN
İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatların üzvü olan Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi qorxulu təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır. Azərbaycan həmçinin bu sahədə öz təcrübəsini ATƏT çərçivəsində bölüşə bilər.
Report xəbər verir ki, bu fikirlər iyulun 19-da Tbilisidə keçirilən ATƏT-in 15-ci "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfransda səslənib.
Konfransda qəbul olunan tövsiyə xarakterli sənədlərin müzakirəsi zamanı Azərbaycan tərəfi bir sıra təkliflər irəli sürüb.
Konfransda iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, tədbirdə terrorizm, ekstremizm, islamofobiya, antisemitizm kimi təhlükəli tendensiyaların yayılmasında mətbuatın rolu müzakirə olunub.
Azərbaycan tərəfi bəzi media vasitələrinin və jurnalistlərin söz, mətbuat azadlığı pərdəsi altında bu kimi təhlükəli tendensiyaları təbliğ etməsinin cəmiyyətdə haqlı narahatlıq yaratdığını xüsusi qeyd edib. Eyni zamanda terrorizmi, ekstremizmi, antisemitizmi təbliğ edən media resurslarının qarşısının alınması və onlara münasibətdə mümkün tədbirlərin görülməsini təklif edib.
Bundan başqa, Azərbaycan tərəfi bu məsələdə beynəlxalq təşkilatlarla əməkdaşlıq təklif edib və İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların üzvü kimi öz təcrübəsini ortaya qoyub.
Azərbaycanın təklif etdiyi bütün təkliflər qeyd-şərtsiz qəbul olunub və yekun sənəddə öz əksini tapıb.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?