Azərbaycan-Türkiyə münasibətlərinə bənzər əlaqələr yoxdur - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Azərbaycan-Türkiyə münasibətlərinə bənzər əlaqələr yoxdur - FOTO (YENİLƏNDİ)

Beynəlxalq Media Forumunda 1-ci panel başa çatıb.

Publika.az xəbər verir ki, Türkiyənin "Akşam" qəzetinin köşə yazarı Emin Pazarcının sədrliyi ilə aparılan paneldə mövzu ətrafında müzakirələr aparılıb. Pazarcı iki ölkə arasında münasibətlərin səviyyəsinin məmnunluq doğurduğunu deyib.

“Qardaşlıqdan strateji ortaqlığa: Türkiyə-Azərbaycan” panelində çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Türkiyənin 15 iyul hadisələrindən üzüağ çıxdığını qeyd edib: “Bunu xarici qüvvələr etdi. Təbii ki, bu, davamlı olmayacaq. Türkiyə 15 iyul hadisələrindən üzüağ çıxdı. Hansı səbəbdən? Xalqın birlik olmasından”.

"Kanal 7" telekanalının Ankara təmsilçisi Mehmet Acet bildirib ki, Azırbaycan-Türkiyə münasibətləri öz mahiyyətinə görə bənzərsizdir: "Türkiyə-Aərbaycan münasibətlərinə qoşulmaq istəyən ölkələr var. Lakin nə qədər diplomatik əlaqələr aparılsa da siyasi sferada Azərbaycan-Türkiyə münasibətlərinə bənzər əlaqələr yoxdur. Bu, özü də onu göstərir ki, iki ölkənin möhkəm münasibətlərinin qurulması üçün tarixi, mədəni əlaqələr, cəmiyyətin ortaq maraqları, ölkənin siyasi marqları üst-üstə düşməlidir. Türkiyə Azərbaycan arasında mənafe güdmək yoxdur. İstənilən mövzuda hər iki tərəf çalışır ki, ortaq maraqlar öndə tutulsun və ölkələr arasında siyasi sferada aim liderlik və nümunəvi münasibtlər qorunsun".

İkitərəfli münasibətləri dəyərləndirən "Yeni şafak" qəzetinin baş redaktoru Hasan Öztürk Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bildirib: "FETO - adlanan təşkilat Türkiyəni parcalamağa cəhd gosterdi. Bu kimi cəhdlər tarix boyu olub. Türkiyə xalqını bölmək, Azərbaycanla Türkiyə arasındakı münasibətlər kölgə salmaq istəyi güclüdür. Dünya ölkələri bilir ki, türkə qalib gəlməyin tək yolu türkü-türkü qırdırmaqdır. Onlarən bizə gücü çatmaz. Biz isə bir-birimizdən heç zaman zərbə gözləmirik. Bir millət iki dövlət deməyimizi boş yerə deyil. Bu gün Gəncə hadisələrində də bənzər situasiyanın yaşanması onu göstərir ki, Azərbaycana qarşı da təxribatlar davam edir. Lakin iqtidarla xalq birgə olmalıdır. Türkiyə hər zaman Azərbaycann yanındadır. Türkiyə hər zaman baş verənlərin həqiqi üzünü ictimaiyyətə çatdıracaq. Ona görə 15 iyul və Gəncə hadisələri zamanı xalqın birlikdə olması və təxribatlara qarşı tədbir görməsi baş verə biləcək faciələrin qarşısını aldı. Biz birlik olduğumuz müddətcə nə FETÖ, nə də digər qüvvələr heç nəyə nail ola bilməyəcək. Media bu istiqamətdə diqqətli olmalı və daim bir-birinə sayqı ilə yanaşmalıdır".

Paneldə çıxış edən "Akit" qəzetinin Ankara təmsilçisi Hacı YakışıklıRusiya-Türkiyə Şurasının üzvü İvan Starodubtsev panelin mövzusu ilə bağlı fikirlərini çatdırıblar. Panelin yekununda mövzuya dair diskussiya aparılıb.

***

"Akşam" qazetinin köşə yazarı Emin Pazarcı Azərbaycan mediasının birliyindən danışıb:

"İki ölkə arasındakı münasibətlərin təməli tariximizdən gəlir. Türkiyədə istənilən tarixi hadisələrdə bir Azərbaycan xatirəsi var. Eləcə də sizin ölkənin tarixində türkiyə xatirəsi mövcuddur. Tarix boyu bir-birinə kömək edən, dstək olan iki ölkə media sahəsində də bu birliyi nümayi etdirəcək. 15 iyul hadisələri, son günlərdə Azərbaycanda baş veən Gəncə hadisələri zamanı biz bu birliyin şahidi olduq. Hadisələrin düzgün çatdırılması onların düzgün analiz edilməsi və qəbul oluması ilə bağlıdır.Bu konfransın təşkil edilməsində əməyi keçən hər kəsə uğur arzu edirəm”.

***

Millət vəkili Hikmət Babaoğlu deyib ki, bu gün cəmiyyəti manqurtlaşdırmağa çalışırlar.

Publika.az-ın xəbərinə görə, millət vəkili sözlərinə belə davam edib:

"Lakin bunun qarşısını almaq olar. Biz bugünlərdə təəssüf ki, Gəncə hadisələrini yaşadıq. Niyə? Çünki bizə xəyanət edənlər düşmən qüvvələrin yanındadır. Heç bir xalq özü özünə bədbəxtlik gətirməz. Xalqı mənəvi öldürməyə çalışan casuslara qarşı mübarizə aparmaq isə medianın üzərinə düşür. Daha güclü strategiya qurmalıyıq. Öz içimizdən gəncləri elə yetişdirməliyik ki, bu hadisələrin hazırlanmasına gərəkli olan fərd deyil, onların qarşısını alacaq fərdlər olsunlar. Bu istiqamətdə Türkiyə və Azərbaycan media mənsublarının birlikdə fəaliyyət göstərməsi sevindiricidir. Media təftiş etməli, sorğulamalıdır. Əgər bunu edə bilmirlərsə, manqurtluq yaranır və yayılır. İnsanlara bədbəxt hadisələrin əksəriyyətini din üzərindən yaşadırlar. Bu, bütün Şərq ölkələrində var. Şiə radikalizminə yozulan Gəncə hadisələrində də əslində qlobal imperializmin izi açıq-aydın görülürdü. Ona görə də KİV kütləvi şüura xidmət edir. Bu, isə asan iş deyil. Bunun öhdəsindən gəlmək lazımdır. Bu gün FETÖ-çular, radikal kütlə də elə özümüzük. Bunun qarşısını almaq üçün məqsədyönlü şəkildə çalışmalıyıq ki, qalib gələk. Hər iki dövlətin mediası ölkədaxili hadisələrə duyarlı və həssas yanaşır. 80 milyon əhalisi olan Türkiyədə hər kəs Azərbaycanı sevə bilməz, amma sevməyənlər çox azdır. Biz o kiçik kütləyə görə ümumi deyə bilmərik ki, Türkiyə Azərbaycana dəstək olmur".

Hikmət Babaoğlu onu da qeyd edib ki, 24 iyun seçkiləri zamanı da Azərbaycanın Türkiyəyə dəstəyi hiss olundu:

"Türk xalqları demokratiyanı sevir. Prezident seçkiləri zamanı da Azərbaycan Türkiyəyə dəstək oldu və bu qələbəni birlikdə yaşadı. Unutmayaq ki, dünya ölkələrində çox hadisələr var. Daha əvvəl dediyim fikirlərə qayıtmaq istərdim ki, Suriyada baş verənlər çox acınacaqlı olsa da, daha əvvəl Qarabağ dərdimiz gəlir. Bu da hər zaman qardaş ölkənin diqqətindədir".

***

Anadolu Yayınçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb:

“Anadolu Yayınçılar Dərnəyi olaraq bundan sonra Azərbaycan mediası ilə sıx əlaqələr qurmağa çalışacağıq. Hər iki ölkənin vətəndaşı bir-birinə könüldən bağlıdır. İnanın ki, Türkiyədə kimdən Azərbaycanı soruşsan çox böyük hörmət və sevgi ilə danışır. 15 iyul hadisəsində Aqil Ələsgərlə birlikdə Konya şəhərində idik. O gecə xain FETÖ üzvləri bizi üçüncü dünya ölkəsi səviyyəsinə endirmək istədilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycan xalqı Türkiyəyə dəstək oldu. Bu mübarizədə yanımızda oldu və düşmən qüvvələrin cəmiyyətdə xalqı dövlətə qarşı qaldırma cəhdləri yarıda qaldı. Bütün bunlar media mənsubları arasındakı sevginin də özəyini təşkil edir. Son olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Milli Mətbuat Günü münasibəti ilə meia nümayəndələrini təbrik edir, birlikdə daha böyü uğurara imza atmalarını arzu edirəm".

***

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov internet meiasının yeniləndiyini və informasiya mübadiləsinin olduqca sadələşdiyini bildirib.

Publika.az-ın xəbərinə görə, o, sözlərinə belə davam edib: "Artıq dünyanın ən böyük aparıcı qəzetləri belə, sosial media üzərindən öz fəaliyyətlərini göstərirlər. Biz mümkün qədər bu siyasətdən ölkəmizin inkişafı üçün istifadə edirik. Lakin bu sosial media üzrindən ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Amma biz bu istiqamətdə mümkün qədər ciddi addımlar atırıq, diaspor fəaliyyətini gücləndirmişik. Ermənistan və Azərbaycan arasında uzun illərdir davam edən proseslərin fərqli aspektlərdən təsvir edilməsi də bu bu mübarizəyə aiddir. Son günlər bu istiqamətdə gedən fikir mübadiləsinə "Andolu" agentliyi tərəfindən reaksiya gəldi və bu proseslərin əsl həqiqətləri həm türk mediasında, həm də Azərbaycan mediasında öz əksini tapdı. Ümid edirəm ki, iki qardaş ölkə arasındakı münasibətlər media üzərindən də güclənəcək. Bunu həm Azərbaycan Prezidenti, həm də Türkiyə Prezidenti daim öz çıxışlarında qeyd edir. Son günlər ölkəmizdə baş verən hadisələrlə bağlı Türkiyə mediasının dəstəyi, yanlış informasiyaları deyil, məsələnin bütün aspektlərdən araşdırılmış formada yayımlanması onların bizə olan dəstəyidir. Təbii ki, bu, Türkiyədə 15 iyul hadisələri ilə müqayisə edilə bilməz, amma hər iki hadisə ölkənin sabitliyinn pozulmasına yönəldiyi üçün bu çətin zamanda iki ölkənin bir-birinə dəstəyi çox dəyərlidir".

***

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxış edərək tədbirin keçirilməsində əsas məqsədindən danışıb.

Publika.az-ın xəbərinə görə, o deyib ki, Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi istiqamətində silsilə tədbirlər keçirilir: "Anadolu” Yayınçılar Dərnəyi ilə “Yeni Çağ” Media Qrupunun birgə təşkilatçılığı ilə baş tutan bu Forum sayca üçüncüdür. Forumun təşkilində əsas məqsəd qardaş iki ölkənin mediası arasında əlaqələrin daha da gücləndirilməsi, inteqrasiyanın sürətləndirilməsidir. Biz Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq, xarici ölkələrin media quruluşları ilə əlaqələrin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər görürük. Bu Forum da həmin tövsiyədən irəli gələn tədbirlərimizdəndir. Tədbirdə Azərbaycan və Türkiyə mediasının durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması kimi məsələlər müzakirə ediləcək. Bundan başqa, bu günlərdə iki il əvvəl baş vermiş FETÖ-nun çevriliş cəhdi və bundan sonrakı gəlişmələrə də toxunulacaq. İnanıram ki, tədbirin məqsədlərinə tam nail olunacaq”.

***

Bu gün Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Türkiyə Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” Media Qrupu, Azərbaycan Türkiyə Evi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistlər Assosasiyası, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Media Forumu öz işinə başlayıb.

Publika.az-ın xəbərinə görə, "Qafqaz Bakı” hotelində keçirilən tədbirdə Türkiyə, Avropa və Azərbaycanın millət vəkilləri, jurnalistlər, köşə yazarları və QHT sədrləri iştirak edir. Türkiyənin 40 nüfuzlu televiziya, qəzet və internet media təmsilçisi də bu Forumda iştirak üçün paytaxtımıza gəlib.

Ötən gün forumun iştirakçı heyətini Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənov qəbul edib.

Azərbaycan Respublikası Prezident Adminstrasiyasının səlahiyyətli nümayəndəsinin, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoralın, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, Avrasiya Jurnalistlər Dərnəyinin qurucu sədri Murad Palavar və digər nüfuzlu qonaqların açılışında iştirak edəcəyi Beynəlxalq Media Forumunda Türkiyə-Azərbaycan strateji əməkdaşlığının media sferası barədə də geniş müzakirələr aparılacaq.

Beynəlxalq Media Forumunun panellərində “Axşam” qəzetindən Emin Bazarcı, “Kanal 7″dən Məhmət Acet, İbrahim Ərdoğan, “İnternet Xəbər”dən Hadi Özişıq, “Hürriyət” qəzetindən Dəniz Zeyrək, “Akit” qəzetindən Hacı Yakışıklı, “Ölkə TV”dən Həsən Öztürk, “Kanal 24″dən Məlik İgidəl, “Milad” qəzetindən Bayram Zilan, Makedoniyadan Seyhan Yakupi və Azərbaycandan millət vəkili Hikmət Babaoğlu ilə araşdırmaçı-yazar Aqil Ələsgər çıxış edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Media Forumunun Azərbaycan proqramı 20-22 iyul tarixlərini əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm