Çavuşoğlu sabah Bakıya gələcək - XİN
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu sabah Bakıya gələcək - XİN

“Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Bakıya gələcək”.

Publika.az-ın məlumatına görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçiridiyi mətbuat konfransında deyib. O qeyd edib ki, səfər zamanı nazirlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşləri olacaq.

Türkiyənin XİN başçısı eyni zamanda, Fəxri Xiyabana və Şəhidlər Xiyabanına gedəcək.

H.Hacıyev onu da deyib ki, Türkiyə-Azərbaycan münasibətləri qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. O əlavə edib ki, münasibətlər hərtərəfli şəkildə inkişaf edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm