Çavuşoğlu Paşinyanı təbrik etməsindən danışdı: “Bu, heç bir halda...”
Bizi izləyin

Nida Xəbər

Çavuşoğlu Paşinyanı təbrik etməsindən danışdı: “Bu, heç bir halda...”

“Mənim Avropa Şurasında çalışdığım dövrdə Ermənistanın indiki xarici işlər naziri Zöhrab Mnatsakanyan da Ermənistanın Avropa Şurasında səfiri idi. Zöhrabı ordan tanıyıram. Brüsseldə üz-üzə gəldik. Onunla görüşdük. O da məni Ermənistanın baş naziri ilə tanış etdi”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Brüsseldə NATO sammiti zamanı Nikol Paşinyanla danışması, onu təbrik etməsi qətiyyən Türkiyənin Azərbaycanın maraqları baxımından zərrə qədər geri çəkilməsi anlamına gələ bilməz:

“Zöhrabla, yaxud Paşinyanla salamlaşmağım bizim Azərbaycanla bağlı mövqeyimizi dəyişməz. Biz bu davada hər zaman Azərbaycanın yanındayıq, onun haqlı mübarizəsini dəstəkləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm