• USD 1,7000 0,00% EUR 1,8883 0,00%
    • GBP 2,2364 0,00% RUB 0,0267 0,00%

Elmar Məmmədyarov: “Erməni tərəfi bunun üçün vaxt istəyib”

Elmar Məmmədyarov: “Erməni tərəfi bunun üçün vaxt istəyib”

"Erməni tərəfi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü məsələsində hələ qərara gəlməyib".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi brifinqdə deyib.

“Yüksək səviyyəli, yəni, baş nazir və prezidentin görüşünə gəlincə, Ermənistan tərəfi bunun üçün vaxt istəyib. İndiyədək aparılan danışıqlarda müzakirə olunan məsələləri, sənədləri öyrənmək istəyirlər”, - Azərbaycan xarici siyasət idarəsinin başçısı söyləyib.

Elmar Məmmədyarovun sözlərinə görə, nazirlərin növbəti görüşü planlaşdırılır:

“BMT Baş Assambleyasının iclası çərçivəsində, ya da ondan əvvəl görüşün olması barədə təklif var. Ancaq bundan tez də keçirilə bilər. Mən hər zaman demişəm ki, Azərbaycan tərəfi substantiv danışıqlara hazırdır. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR