Türkiyə XİN rəhbəri: “İki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində genişlənir”
Bizi izləyin

Nida Xəbər

Türkiyə XİN rəhbəri: “İki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində genişlənir”

"Azərbaycan və Türkiyə regionun bütün layihələrinin mərkəzindədir".

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, iki qardaş ölkənin əməkdaşlığı enerji sahəsində daha da genişlənir və dərinləşir: "Biz hər sahələrdə sıx əməkdaşlıq edirik, həmçinin Avropa Şurası Parlament Assambleyasında. Baxmayaraq ki, bu qurum öz etibarını və nüfuzunu getdikcə itirir".

Azərbaycan və Türkiyə bir çox məsələlərdə dərin və faydalı əməkdaşlıq etdiyini deyən Elmar Məmmədyarov görüş zamanı beynəlxalq təşkilatlarda əməkdaşlığın da müzakirə edildiyini bildirib.

“Biz bir çox məsələləri müzakirə etdik. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə toxunduq ki, bu layihə üzrə işlərimizi davam etdirib daha da genişləndirək. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyaya ən qısa yoldur. Məsələn, Əfqanıstana yük daşıma məsələsində mühüm rolu olacaq. Ümidvarıq ki, bu il bu yoldan istifadə ediləcək" - E.Məmmədyarov əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm