Azərbaycan XİN Pakistanda baş vermiş terror aktını pislədi
Bizi izləyin

Nida Xəbər

Azərbaycan XİN Pakistanda baş vermiş terror aktını pislədi

“Pakistanın Quetta ərazisində seçki məntəqəsində törədilmiş terror aktı bizi çox kədərləndirdi”.

Publika.az xəbər verir ki, bunu Tvitter hesabında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev yazıb.

“Bu terror aktı çoxlu sayda günahsız insanın həlak olması və yaralanması ilə nəticələnib. Biz terrorizmin bütün forma və təzahürlərini qınayır, qardaş Pakistan xalqına və dövlətinə dərin hüznlə başsağlığı veririk”, - o qeyd edib.

Qeyd edək ki, bu gün Pakistanda keçirilən parlament seçkilərinə mane olmaq üçün törədilən terror aktında son məlumata görə 31-dən çox insan həlak olub, 40-dan artıq yaralı var. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm