
Aralıq dənizində enerji oyunları davam edir və Türkiyəyə
qarşı yeni planlar qurulur.
Publika.az xəbər verir ki, dənizin Türkiyəyə məxsus
hissəsində ölkənin 572 illik enerji ehtiyacını qarşılayacaq qədər
təbii qaz ehtiyatının olduğu haqda məlumatlar var.
Şərqi Aralıq təsir dairəsinin xəritəsini yenidən hazırlayan
türkiyəli mütəxəssis Cihat Yaycının sözlərinə görə, Aralıq
dənizinin şərq hissəsində Türkiyənin 572 illik təbii qaz ehtiyacını
təmin edəcək qədər rezervlər var. Bu bölgə həm də gələcəyin enerji
maddəsi hesab edilən qaz hidrat yataqları ilə də zəngindir.
Yunanıstan bu bölgəni ələ keçirmək üçün həmin ərazini Kiprin yunan
hissəsi olaraq göstərməyə çalışır. Bu işdə İsrail də Afinaya dəstək
verir. Bölgənin enerji mənbələrinin araşdırılması işini İtaliyanın
ENİ şirkəti həyata keçirməyə cəhd edəndə Türkiyə döyüş gəmiləri ilə
bunun qarşısını aldı.
Hazırda Yunanıstan, yunan Kipri, Misir və İsrailin Türkiyəyə qarşı
Aralıq dənizində yeni oyun qurduğu deyilir. Mütəxəssislər hesab
edirlər ki, gələcəkdə Aralıq dənizinin şərq hissəsindəki təbii qaz
yataqlarına görə dəniz müharibəsi başlaya bilər.
Asif