• USD 1,7000 0,00% EUR 1,8841 +0,07%
    • GBP 2,2294 +0,92% RUB 0,0266 +0,38%

Vüqar Rəhimzadə: “Ermənistanda doğulan Rusiya vətəndaşı olan müğənninin Azərbaycana gəlməsi...”

Vüqar Rəhimzadə: “Ermənistanda doğulan Rusiya vətəndaşı olan müğənninin Azərbaycana gəlməsi...”

“Bu gün bəzi “maraqlı dairələr” Azərbaycanda baş verən hadisələri özlərinə sərf edən formada şərh etməyə çalışır, həm daxildə, həm də xaricdə ölkəmizin müsbət imicinə kölgə salmağa cəhd edirlər. Azərbaycanın uğurlarını gözü götürməyən bu ünsürlər hər fürsətdə qaralama kampaniyası aparır, hansısa antimilli qüvvələrin sifarişlərini həyata keçirirlər”.

Bu fikirləri Publika.az-a Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə artıq ənənə halını alan və ölkəmizdə keçirilən “Jara” musiqi festivalı ilə bağlı son günlər aparılan müzakirələrə münasibət bildirərkən deyib. O, bu müzakirələrin də ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsi olduğunu bildirib:

“Festivalın iştirakçısı, rusiyalı müğənni, guya milliyyətcə erməni olan Zara ilə bağlı sosial şəbəkələrdə kampaniya aparılır, onun ölkəmizə gəlməsinin yolverilməz olduğu bildirilir. Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi kimi təqdim edilir. Ölkəmiz tarixən müxtəlif millətlərin sülh, təhlükəsiz və mehriban şəraitdə yaşadığı məkan olub. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı adını daşıyan hər kəsə eyni qayğı, diqqət və münasibət göstərilib. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də tolerantlıq və multikulturalizmlə bağlıdır. Bu mənada “Jara” musiqi festivalı ilə bağlı sosial şəbəkələrdə aparılan xoşəgəlməz müzakirələr ölkəmizin tolerant imicinə mənfi təsir edən amildir”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mümkün olan bütün vasitələrdən istifadə etmək lazımdır: “Biz Azərbaycanı bütün dünyaya azad, demokratik, inkişaf etmiş dövlət kimi təqdim edirik və qeyd edirik ki, hər kəs gəlib bunu öz gözü ilə görə bilər. Təsadüfi deyil ki, ölkəmizdə mütəmadi olaraq beynəlxalq tədbirlər, idman yarışları keçirilir və Odlar Yurduna ayaq basan xarici qonaqlar baş verən müsbət dəyişiklikləri, inkişafı müşahidə edir, öz heyranlıqlarını gizlədə bilmirlər. Bu mənada Ermənistanda doğulan Rusiya vətəndaşı, milliyyətcə yezidi kürdü olan bir müğənninin ölkəmizə gəlməsi, Azərbaycanla bağlı xoş sözlər söyləməsi ancaq bizim xeyirimizə ola bilər. Qeyd etdiyimiz kimi, bununla biz mono-etnik Ermənistandan fərqli olaraq bütün dünyaya tolerant, multikultural ölkə olduğumuzu sübut edirik”.

V.Rəhimzadə əlavə edib ki, bu cür müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarına da mənfi mənada öz təsirini göstərə bilər: “Biz haqlı və ədalətli olaraq bəyan edirik ki, işğal altında olan torpaqlarımız qaytarılsın, Dağlıq Qarabağa Azərbaycan daxilində muxtariyyət verilsin. Bundan sonra Dağlıq Qarabağda birgə yaşayacaq soydaşlarımız kimi, ermənilər də Azərbaycan vətəndaşı adını daşısınlar. Əgər kimlərsə Ermənistanda doğulan bir müğənninin ölkəmizə gəlməsinə bu qədər sərt etiraz edirsə, onda dediklərimizə kim inanar? Dağlıq Qarabağda yaşayacaq ermənilərin təhlükəsizliyi necə təmin edilər? Hesab edirəm ki, bu cür məsələlərə daha geniş prizmadan baxmaq lazımdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR