Rusiyadan Qarabağ münaqişəsinin həlli üçün yeni TƏKLİF
Bizi izləyin

Nida Xəbər

Rusiyadan Qarabağ münaqişəsinin həlli üçün yeni TƏKLİF

“Rusiyanın iştirakı ilə parlament diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında əhəmiyyətli rol oynaya bilər”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutskiy deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizama salınması incə prosesdir: “Bu prosesi XİN rəhbərləri və diplomatlar aparır. Lakin emosiyaların qarşısını almaq üçün parlament üzvləri əhəmiyyətli rol oynaya bilərlər”.

L. Slutskiy qeyd edib ki, münaqişə bölgəsində vəziyyət olduqca gərindir.

“Bu vəziyyət münaqişənin alovlanmasına səbəb ola bilər. İnanıram ki, tərəflər sağlam düşüncə ilə bunun qarşısını alacaqlar. Fikrimcə, bu gün münaqişənin həlli üzrə danışıqların aparılması üçün bizə yeni baza lazımdır. Çünki 2009-cu ildə qəbul edilən “Madrid prinsipləri”nin üzərindən 9 il keçib və bu illər ərzində vəziyyət bir qədər də gərginləşib”, - deyə Duma üzvü vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm