Putin məşhur markanın reklamında - - FOTO/VİDEO
Bizi izləyin

Nida Xəbər

Putin məşhur markanın reklamında - - FOTO/VİDEO

Rusiyanın məşhur texnika markası “Bork” reklamlarında ölkə prezidenti Valdimir Putin haqqında çəkilən sənədli filmdən istifadə edib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, videoda, Putin musiqi sədaları altında soyuducuya yaxınlaşır, sonra isə mətbəx masasının yanında dayanır.

Bu zaman kadrlarda görünən mətbəx texnikasının məhz bu firmanın istehsal etdiyi məhsullar olduğu qeyd olunur. Video may ayında Yutuba yüklənsə də, yalnız indi jurnalist və blogerlərin diqqətini çəkib. Bu videoçarx bir çox reklam lövhələrində yayımlanır.

"Metropolis” ticarət mərkəzində isə bu reklam hər 10 dəqiqədən bir yayımlanır.

Qeyd edək ki, firmanın reklamında istifadə etdiyi kadrlar 2012-ci ildə “Prezidentlə bir gün” adlı proqramın çəkilişlərindən götürülüb. Həmin verilişdə Vladimir Putin hovuzda, təyyarədə və mətbəxdə çəkilən kadrlarda yer alıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm