Nəqliyyat sektorunda qiymətlər ona görə artdı ki... - Deputat AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Nəqliyyat sektorunda qiymətlər ona görə artdı ki... - Deputat AÇIQLADI

“Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımı ilk növbədə dövlət xərclərinin azalmasına xidmət edəcək. Bu, həm də nəqliyyat sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılmasına da dəstək olacaq”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarını şərh edərkən deyib.

Millət vəkili fikirini belə əsaslandırıb ki, nəqliyyat dotasiya, yəni zərərlə işləyən sahədir, gəlirləri xərclərini ödəmədiyinə görə, onlara dövlət tərəfindən vəsait ayrılırdı:

“Qiymət dəyişikliyindən sonra dövlətin bu sahəyə ayırdığı xərcləri bu sektordan istifadə edən vətəndaşlar bölüşmüş olacaq. Dövlət isə həmin xərcləri daha çox sosial sahəyə yönəltmiş olacaq. Eyni zamanda nəqliyyat təsərrüfatının yenilənməsi, yeni avtobus, qatarların alınması, xidmət keyfiyyətinin artırılması günün tələblərindən biridir. Bakı şəhəri turizm mərkəzinə çevrilir, xarici turistlərimiz olur. Bu mənada nəqliyyat sektorunda komfortun artması, bu sahənin yenilənməsi baxımından gəlirlərinin artırılması labüddür”.

Millət vəkili onu da vurğulayıb ki, bu artım o qədər də böyük deyil:

“Azərbaycanda nəqliyyatdan istifadə üçün ödənişlər digər MDB ölkələri ilə müqayisədə aşağıdır. Bu artım isə vətəndaşların büdcəsinə ciddi təsir edəcək səviyyədə yüksək deyil. Ona görə Tarif Şurasının qərarı dövlət xərclərinin azaldılması, digər tərəfdən nəqliyyat sektorunda yenilənmələrə dəstək, vətəndaşların rahatlığını təmin etmək məqsədi daşıyır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm