Nida Xəbər
Tadevosyan İrəvanın mərkəzində erməni jurnalistləri ŞOKA SALDI: “Qarabağ Azərbaycanındır, işğal etmişik”
“Erməni Milli Konqresi” partiyasının üzvü Zoya
Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın
işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən
danışıb.
Publika.az xəbər verir ki, fikirləri ilə erməni
ictimaiyyətində qalmaqala səbəb olan Tadevosyan “bu auditoriyada
oturanların hamısı yaxşı anlayır ki, bu ərazilər işğal edilib” deyə
bildirib.
“Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad
edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu
hamımız bilirik”, - deyə o bildirib.
Jurnalistlərdən biri “bu bəyanat ərazilərin işğal edildiyi
deməkdir” sualına erməni siyasətçi sualla cavab verib: “Bu
torpaqlar ermənilərindir?”
Daha sonra erməni siyasətçi ərazilərin Azərbaycana qaytarılmasının
vacibliyini qeyd edib.
“Kimsə məndən inciməsin, bu məsələləri mən həll etmirəm. Bu məsələ
danışıqlar masasında müzakirə olunur. Əgər münaqişənin həlli
ərazilərin qaytarılmasını tələb edirsə, bunu etməliyik. Erməni
tərəfi bu əraziləri azad edilmiş hesab edir, lakin beynəlxalq
ictimaiyyət bu əraziləri işğal edilmiş adlandırır”, - deyə o
bildirib.
Jurnalistlərdən biri isə ona “siz “Qarabağ xalqı”nın fikrini
soruşmusunuz” sualına Tadevosyan belə cavab verib: “Mən heç kimdən
heç nə soruşmuram, mən faktı təsdiq edirəm”.
Qeyd edək ki, Tadevosyanın üzvü olduğu “Erməni Milli Konqresi”
partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da
münaqişənin ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll
edilməsi ilə bağlı zaman-zaman fikirlərini gündəmə gətirib.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK