Diaspora sahəsində fəal xidmət göstərən şəxslər mükafatlandırıldı - FOTO
Bizi izləyin

Nida Xəbər

Diaspora sahəsində fəal xidmət göstərən şəxslər mükafatlandırıldı - FOTO

Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən ilin diaspor liderlərinin mükafatlandırma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdili diasporumuzun bugünkü fəaliyyətindən, əldə etdiyi uğurlardan danışıb.

Millət vəkili Aydın Mirzəzadə müstəqil Azərbaycanın dünyada tanınan və nüfuza malik olan dövlətçilik ənənəsi formalaşdırdığını deyib:

“Azərbaycan dövlətçilikdə böyük uğurlar qazanıb və ölkəmizi sevən hər kəs bu uğurlarla fəxr edə bilər. Ulu öndər Heydər Əliyevin qurduğu bu dövlətin təmsilçisi olaraq xaricdə fəaliyyət göstərmək hər bir nümayəndə üçün fəxrdir”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan dövlətinin diaspora fəaliyyətinə qayğısından danışıb. O, dövlətin bu sahədə ciddi proqramlarının olduğunu diqqətə çatdırıb:

“Hamımız əl-ələ verib bu istiqamətdə fəaliyyət göstərməliyik. Azərbaycanın ən önəmli məsələsi olan Qarabağ problemi həllini tapmayıb. Bu istiqamətdə gücümüzü birləşdirməliyik”.

Türkiyəli iş adamı Hüseyn Böyükfırat Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib:

“Ölkələrimiz arasında sərhəd ola bilər, lakin bizim aramızda olan sevgi heç zaman sərhəd tanımayıb. Bunu 1918-ci ildə əcdadlarımız sübut edib, biz də bu gün onların ənənələrini davam etdiririk. Dünyanın sərhədləri yenidən müəyyən edilir, bizim də ölkələrimizin problemləri var. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu məsələdə dövlətimizin yanında olmalıyıq”.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bu gün Avropa ölkələrində diaspora fəaliyyətinin ciddi tədbirlər gördüyünü bildirib:

“Bu gün hər bir Avropa ölkəsində Avropa Azərbaycanlıları Konqresinin təmsilçiliyi var. Artıq biz diaspora fəaliyyətilə nəinki Ermənistana qarşı mübarizə aparırıq, lobbiçilik istiqamətində də ciddi addımlar atırıq. Bəzi Avropa ölkələrində fəaliyyət göstərən, bəzi dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən azərbaycanlıların da fəaliyyətinə qarşı tədbirlərimizi davam etdiririk”.

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib ki, diaspora fəaliyyəti ilə məşğul olmaq üçün vətənpərvərlik, könüllülük prinsipi əsasdır:

“Bu gün dövlət səviyyəsində diasporun fəaliyyətinə dəstək var. Bu dəstək Ulu Öndər Heydər Əliyevin vaxtından da olub, hazırda isə Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Prezidentin diaspora nümayəndələri ilə keçirdiyi qurultayda çıxışı zamanı dediyi tənqidlərdən nəticə çıxartsaq, uğurlar əldə edə bilərik”.

Tədbirin sonunda keçirilən sorğu əsasında ən fəal diaspor liderlərinin mükafatlandırılma mərasimi keçirilib. Ən fəal diaspora sorğusunun qalibi Avropa ölkələri üzrə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, MDB ölkələri üzər İslam Hüseynov olub.

Tədbirdə həmçinin diaspora fəaliyyətinin işıqlandırılmasına görə media nümçayəndələri də mükafatlandırılıb.

“Gündəlik Teleqraf” Media Qrupun rəhbəri Aynur Camalqızı Azərbaycan Türkiyə evi və Azərbaycan Diasporu İnformasiya Mərkəzi tərəfindən diaspora və media sahəsindəki xidmətlərinə görə təltif edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm