• USD 1,7000 0,00% EUR 1,9423 +0,41%
    • GBP 2,1665 +0,16% RUB 0,0253 -0,40%

Arzu Nağıyev: “Vaşinqtonla Ankara razılaşacaq, türk lirəsi...”

Arzu Nağıyev: “Vaşinqtonla Ankara razılaşacaq, türk lirəsi...”

Donald Trampın son tiviti ilə ABŞ-Türkiyə arasında qarşıdurma pik həddinə çatdı. ABŞ prezidenti Türkiyədən alınan alüminium və poladın gömrük rüsumlarını artırdığını elan etdi, bundan sonra türk lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə başladı. Bu qarşıdurmanın kökləri və Türkiyənin ABŞ hücumları qarşısında duruş gətirə biləcəyi ilə bağlı müəyyən suallar var.

Politoloq Arzu Nağıyev Publika.az-a açıqlamasında Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Brunsonun FETÖ lideri Gülənlə dəyişdirilməsi planının olduğunu, lakin bunun istənilən nəticə vermədiyini bildirib.

Onun sözlərinə görə, Brunson böhranı məsələnin görünən tərəfidir: “Lakin son dövrlər Türkiyənin Rusiya ilə daha da yaxınlaşması, Rusiyadan S-400 raketlərini almaq istəyi ABŞ-ı qıcıqlandırır. Suriyada, İraqda və digər ərazilərdə Türkiyəyə NATO üzvü kimi münasibət göstərildi, lakin iqtisadi məsələdə bunun əksi baş verdi. Türkiyədən alınan alüminium və poladın gömrük rüsumunun artırılması türk lirəsinin dəyərinin azalmasına səbəb oldu”.

A. Nağıyev qeyd edib ki, türk lirəsinin dollar qarşısında kritik nöqtəsi 5,5 idi.

“Yəni, 1 dollar 5,5 lirə olması qırmızı xətt idi. Artıq bu xətt keçilib. Problemlər əsasən kreditlərlə həyata keçirilən böyük infrastruktur layihələrində yaranır. Türkiyə iqtisadiyyatına zərər dəyir, lakin fikrimcə, hər bir dövlətin öz iqtisadi problemlərini aradan qaldırmaq üçün planları var. Türkiyənin bu problemi aradan qaldıracağını düşünürəm. Hesab edirəm ki, Vaşinqton və Ankara sonda ortaq məxrəcə gələ biləcəklər və Türkiyənin milli valyutasının dəyərdən düşməsinin qarşısı alınacaq”, - deyə o bildirib.

Asif

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>