Polislər arasında silahsız özünümüdafiə üzrə təlim keçirildi
Bizi izləyin

Nida Xəbər

Polislər arasında silahsız özünümüdafiə üzrə təlim keçirildi

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarının və metropolitenin mühafizəsi üzrə polis şöbəsi əməkdaşlarının təlim-məşq toplantısı keçirilib.

DİN-in mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, toplantı şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnməsi məqsədi daşıyıb.

Toplantıda idmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev çıxış edərək silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsipləri barədə məlumat verib, hər polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətindən danışıb.

Sonra əməkdaşlar həmin fənlərin daha yaxşı mənimsənilməsi məqsədilə bacarıqlarını nümayiş etdiriblər.

İl ərzində davam edəcək təlim müddətində idman cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə məsləhətlər verəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm