Paşinyandan Qarabağ danışıqları ilə bağlı - Açıqlama
Bizi izləyin

Nida Xəbər

Paşinyandan Qarabağ danışıqları ilə bağlı - Açıqlama

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinin yenilənməsi üçün müəyyən hazırlıq mərhələsi lazım ola bilər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

"Biz artıq bildirmişik ki, hadisələrin istənilən inkişaf ssenarisinə, o cümlədən (Qarabağ üzrə – red.) danışıqların bərpasına hazırıq, lakin düşünürəm ki, hamı başa düşür ki, danışıqlar prosesi üçün, xüsusilə də hazırkı siyasi şəraitdə müəyyən hazırlıq mərhələsi və müəyyən ilkin şərtlər lazımdır”, - Paşinyan dedi.

Baş nazir həmçinin bildirib ki, hələlik onun Azərbaycan Prezidenti İlham Əliyevlə mümkün birinci görüşü haqqında heç bir xəbər yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm