Nida Xəbər
Türkiyə bu imtahandan qalib çıxacaq – Deputat
ABŞ-Türkiyə münasibətləri uzunmüddətli mütəffiqlik dövrünün ən gərgin mərhələlərindən birini yaşayır. Heç bir iqtisadi əsası olmadan, sadəcə hansısa dövlətin liderinin bir sözü ilə birjada milli valyutanın bu şəkildə inflyasiyaya uğraması nə maliyyə və iqtisadiyyat qanunları, nə də normal məntiqlə izah olunan hadisə deyil.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlarla Türkiyənin münasibətləri təkcə iki dövlətin mənafeləri nöqteyi-nəzərindən deyil, bütünlükdə regionun siyasi perspektivi baxımından olduqca əhəmiyyəlidir: “Müasir beynəlxalq münasibətlər sistemində ən müxtəlif faktorlardan təzyiq vasitəsi kimi istifadə olunur. Onlardan biri də iqtisadi rıçaqlardır. Əslində iqtisadi-maliyyə rıçaqları daim beynəlxalq münasibətlərdə bu və ya digər şəkildə dövlətlərə qarşı istifadə olunan silah kimi çıxış edib.
Təəssüf, XX əsrin mənzərəsi ondan ibarətdir ki, bu silah həm də maliyyə terroru kimi özünü göstərir. Bəzi güc mərkəzləri, hegemon dövlətlər öz maliyyə vasitələrindən başqa ölkələrə qarşı iqtisadi terror kimi istifadə edirlər. Türkiyə-ABŞ münasibətlərində də bu baş verib. Lirənin inflyasiya etməsinin səbəbi də bundan ibarətdir. Əfsus ki, uzun müddətdir müşahidə edilən bu proseslə bağlı milli dövlətlərin maliyyə institutları effektiv müdafiə vasitələri işləyib hazırlaya bilmirlər. Problem bundadır. Düşünürəm ki, nəhayət, Türkiyədə bunu bacaracaqlar”.
Millət vəkili Türkiyə cəmiyyətinin ayıq-sayıq və kifayət qədər
savadlı olduğunu söyləyib: “Türkiyə cəmiyyəti həm də çox
vətənpəvərdir, nəyin baş verdiyini dərk edirlər, ona görə də
prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra öz dollar və
avrolarını kütləvi şəkildə lirəyə çevirirlər. Bu, yaxşı
tendensiyadır. Biz bilirik ki, Türkiyə hazırki beynəlxalq
münasibətlər sistemində İslam-türk sivilizasiyasının son qalasıdır
və ən inkişaf etmiş ölkəsidir. Düşünürəm ki, Türkiyə bu cür
hücumlara qarşı hazır olmalıdır. Bu, Türkiyənin mənəvi borcudur,
onun mütəffiqlərinin umduğu məsələdir. Türkiyə güclü olanda biz,
eləcə də bütün müsəlman dünyası möhkəm olur. Maliyyə terroruna
məruz qalan qardaş ölkənin bu tarixi imtahandan ləyaqətlə və qalib
çıxacağını proqnozlaşdırıram”.
Hikmət Babaoğlu hesab edir ki, bu mürəkkəb tarxi mərhələni
adladıqdan sonra Türkiyə regional güc olmaqla bərabər beynəlxalq
münasibətlərin təyinedici aktorlarından birinə çevriləcək: “Çünki
Türkiyənin bu potensialı və gücü var, böyük hərbi, siyasi, iqtisadi
uğurlara imza atıb, terrora qarşı uğurla mübarizə aparmağı bacarıb.
Hərçənd bu maliyyə terrorunun ciddi əsası yoxdur, imperialist
mərkəzlər, hegemon güclər tərəfindən Türkiyəyə qarşı terrordan onu
çökdürmək vasitələrindən biri kimi istifadə olunur. Qardaş ölkə
bundan sonra da maliyyə terroruna qarşı da mübarizə apararaq
yenidən sübut edəcək ki, tarixən olduğutək yenə güclüdür”
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK