Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı - YENİLƏNİB
Bizi izləyin

Nida Xəbər

Qazaxıstanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı - YENİLƏNİB

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

Publika.az xəbər verir ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

***

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən Xəzəryanı ölkələrin V sammiti başa çatıb.

Publika.az Report-a istinadən xəbər verir ki, tədbirin sonunda beş ölkə prezidenti tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Eyni zamanda, Xəzəryanı dövlətlərin xüsusi iqtisadi forumu yaradılacaq. Bunu sammitdə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin deyib.

"Xəzər İqtsadi Forumunun yaradılmasına dair qəbul olunan qərarlar ölkələrimizin işgüzar cəmiyyətləri arasında əlaqələri möhkəmləndirməyə imkan verəcək", - deyə Rusiya lideri bildirib

***

Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti öz işinə başlayıb.

Tədbiri giriş nitqi ilə Qazaxıstan prezidenti Nursultan Nazarbayev açıb.

Dövlət başçılarının Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayacağı gözlənilir.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün bu gün Qazaxıstana səfər edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm