Xəzər Konvensiyası haqda ilk açıqlama Nazarbayevdən gəldi: "Bu, Xəzərin konsitutsiyasıdır"
Bizi izləyin

Nida Xəbər

Xəzər Konvensiyası haqda ilk açıqlama Nazarbayevdən gəldi: "Bu, Xəzərin konsitutsiyasıdır"

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı ölkələrin V sammitində imzalanan Xəzərin statusuna dair konvensiya haqqında açıqlama verib.

Publika.az xəbər verir ki, prezident Xəzər dənizinin tarixi, mədəni, mənəvi, ideoloji və geosiyasi mövqeyi haqqında danışıb.

N.Nazarbayev Xəzər dənizinin ölkəsində təbii qaz, neft, infrastruktur, nəqliyyat potensialını artırdığını dilə gətirib.

“Bu Konvensiya Xəzər dənizinin konstitusiyasıdır. Bu, regionda təhlükəsizliyin təminatçısı olacaq” – Nazarbayev qeyd edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti keçirilib və Xəzərin statusuna dair Konvensiya imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm