Nida Xəbər
Cəbhədə GƏRGİN GECƏ
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Nəmirli, Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO