“Putin gəlinlə rəqs edirdi, Merkellə də...” – Elxan Şahinoğlu
Bizi izləyin

Nida Xəbər

“Putin gəlinlə rəqs edirdi, Merkellə də...” – Elxan Şahinoğlu

Avropa İttifaqının Rusiyaya qarşı qəribə sanksiya siyasəti var. Avropa bir tərəfdən Krımın işğalına və Donbas separatçılarına verdiyi dəstəyə görə Rusiyaya qarşı sanksiya tətbiq edir, o biri tərəfdən də Rusiya prezidenti Vladimir Putini ölkələrinə dəvət etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Putin Avstriya xarici işlər nazirinin toyunda gəlinlə rəqs edirdi, ordan da Berlinə kansler Angella Merkellə görüşə tələsirdi.

Elxan Şahinoğlu hesab edir ki, ABŞ prezidenti Donald Tramp nə qədər ağlasığmaz siyasət yürütsə də, NATO baş katibi ilə görüşdə verdiyi sualda haqlı idi: “Donald Trampın “Amerikanın Avropanı Rusiyadan qorumasını tələb edirsiz, o biri tərəfdən də bizim çətirimiz altında Rusiyadan qaz alışınının həcmini artırırsınız. Bunu necə başa düşək?” sualına NATO baş katibi nəsə mırıldadı, ancaq məntiqi cavab verə bilmədi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm