Ərdoğandan Türkiyənin düşmənlərinə MESAJ: Bizi çökdürə bilməyəcəklər
Bizi izləyin

Nida Xəbər

Ərdoğandan Türkiyənin düşmənlərinə MESAJ: Bizi çökdürə bilməyəcəklər

“İqtisadiyyatımıza yönəlmiş hücumların bayrağımıza və azanımıza olan hücumlardan fərqi yoxdur. Məqsəd eynidir”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı ilə bağlı xalqa müraciətində deyib.

Onun sözlərinə görə, məqsəd Türkiyəni və türk millətini diz çökdürmək, əsir almaqdır:

“Biz boynumuza boyunduruq vurulmasındansa, boynumuzun vurulmasını seçən millətik. Terror təşkilatları ilə, içimizdəki xəyanətlər, min bir hiylə ilə, tələ ilə çökdürə bilmədikləri Türkiyəni valyuta oyunu ilə diz çökdürəcəklərini düşünənlər səhv etdiklərini yaxın zamanda öyrənəcəklər. Allahın köməyi ilə ölkəmiz bu çətinliklərin hamısını dəf edəcək gücə, imkana sahibdir. Təki biz biz olaq, diri olaq, qardaş olar, hamımız birlikdə Türkiyə olaq”.

Prezident Ərdoğan çıxışı zamanı xalqı Qurban bayramı münasibətilə də təbrik edib, bütün evlərə xoşbəxtlik arzu edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm