Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Bizi izləyin

Nida Xəbər

Vergilər naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Vergilər naziri Mikayıl Cabbarov avqustun 27-də saat 11:00-da Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında (Ünvan: Sumqayıt şəhəri, 44-cü məhəllə, İ.Quliyev küçəsi 2) mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhərindən, Abşeron, Xızı, Siyəzən, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan sakinləri qəbul edəcək.

Nazirliyin media və kommunikasiya mərkəzindən Publika.az-a bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar avqustun 21-dən 24-dək Sumqayıt şəhərində 2 saylı Ərazi Vergilər Departamentinə, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Xızı və Siyəzən rayonlarında vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 “Çağrı mərkəzi”nə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm