Nida Xəbər
Qüdrət Həsənquliyev Vaqif Axundovu təbrik etdi
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundova XDMX-nin yaranmasının 25 illiyi münasibətilə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Hörmətli cənab general-polkovnik,
Sizi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirəm.
Xüsusi Dövlət Mühafizə Xidməti yarandığı ilk gündən dövlətçiliyimizin keşiyində dayanmış, yüksək peşəkarlığın, düzgünlüyün və Vətənə sədaqətin rəmzlərindən birinə çevrilmiş, ölkəmizdə digər güc strukturları birlikdə bu gün də təhlükəsizliyə və sabitliyə böyük töfhələr verməkdədir.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında da XDMX hərbi qulluqçuları şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının orden və medallar ilə təltif edilməsi XDMX-nın fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Hörmətli Vaqif müəllim,
Sizi və rəhbərlik etdiyiniz Xüsusi Dövlət Mühafizə Xidmətinin bütün hərbi qulluqçularını XDMX-nın yaranmasının 25 illiyi münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram”.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO