Bu, yumşaq güc strategiyamızın daha bir uğurlu nümunəsidir – XİN
Bizi izləyin

Nida Xəbər

Bu, yumşaq güc strategiyamızın daha bir uğurlu nümunəsidir – XİN

Azərbaycan Prezidenti tərəfindən aparılan məqsədyönlü və uzaqgörən siyasət nəticəsində yardım alan ölkədən donor ölkəyə çevrilmiş Azərbaycanın beynəlxalq yardım siyasəti mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və müvafiq qurumların nəşrlərində geniş şəkildə işıqlandırılır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a daxil olan məlumatda bildirilir.

Belə ki, İslam İnkişaf Bankının (İİB) bu il çap olunmuş “Qarşılıqlı əlaqə: Cənub-Cənub Əməkdaşlığı vasitəsilə İnkişaf” nəşrində ölkəmizin bu qurumla strateji tərəfdaşlığını əks etdirən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə kampaniyası, strateji tərəfdaşlıq” başlıqlı məqalə dərc edilib.

“Xalqımızın yardımsevərliyini əks etdirən məqalə ölkəmizin çoxtərəfli diplomatiyasının və beynəlxalq yardım siyasətinin növbəti nailiyyəti, həmçinin, yumşaq güc strategiyasının effektivliyinin daha bir uğurlu nümunəsidir.

Sözügedən məqalədə yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə malik olan ölkəmizin digər inkişaf etməkdə olan ölkələrlə təhsil, elm, informasiya və kommunikasiya texnologiyaları sahələrində öz nailiyyətlərini bölüşərək onların inkişafına töhfə verdiyi qeyd edilib və bu alicənab missiyanın həyata keçirilməsində Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) aparıcı rolu vurğulanıb.

Məqalədə AIDA və İslam İnkişaf Bankı (İİB) arasında strateji tərəfdaşlıq əsasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən göz əməliyyatları kampaniyasının birinci mərhələsi ərzində 300 mindən artıq insanın müayinə olunduğu və 56 mindən artıq insanın görmə qabiliyyətinin bərpa olunduğu, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən olan həkimlərin bu əməliyyatlarda fəal iştirak etdiyi və öz təcrübələrini yerli mütəxəssislərlə bölüşdüyü əks olunub. Eyni zamanda, İİB-lə digər sahələrdə, o cümlədən “ASAN Xidmət” modelinin islam ölkələrində təşviqi ilə bağlı əməkdaşlığın daha da genişləndirilməsi imkanlarının mövcudluğu qeyd olunub”, – deyə XİN-in məlumatında bildirilib.

Məqalənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür: https://www.somosiberoamerica.org/wp-content/uploads/2018/05/IsDB_Reverse-Linkage_2018.pdf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm