"Xorvatiyanın TAP layihəsinə qoşulmaq istəyi ondan xəbər verir ki..." - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

"Xorvatiyanın TAP layihəsinə qoşulmaq istəyi ondan xəbər verir ki..." - POLİTOLOQ

“Prezident İlham Əliyevin Xorvatiyaya səfəri ona görə mühüm əhəmiyyət daşıyır ki, Xorvatiya Balkan yarımadasının ən vacib oyunçularından biridir”.

Bu sözləri Publika.az-a politoloq Fikrət Sadıqov prezident İlham Əliyevin Xorvatiya səfərini şərh edərkən deyib. O xatırladıb ki, Xorvatiya həm NATO-nun, həm Avropa İttifaqının üzvüdür:

“Xorvatiya Balkan yarımadasının ən strateji məkanında yerləşir. Bu isə birbaşa onun strateji mövqeyinin çox yüksək olmasından xəbər verir. Əlbəttə ki, dövlət başçısı səfər çərçivəsində bir sıra məsələlərin həllinə dair geniş müzakirələr apardı. Bununla yanaşı, söhbət zamanı gündəmdə olan müxtəlif qlobal problemlərə aydınlıq gətirildi. Eyni zamanda orada çox mühüm ikitərəfli sazişlər imzalandı. Bu da bir reallıqdır ki, Xorvatiya prezidenti çıxışı zamanı qeyd edib ki, Azərbaycanın TAP layihəsinə qoşulmağa hazırdırlar. Təbii ki, bu genişmiqyaslı layihədir və Xorvatiyanın bu layihəyə qoşulması onların maraq dairəsindədir. Faktiki olaraq, Xorvatiyanın bu layihəyə qoşulması haqqında bəyanat verilib. Düşünürəm ki, Balkan yarımadasının belə bir perspektivli oyunçusu ilə ölkəmiz arasındakı diplomatik əlaqələrin daha da möhkəmləndirilməsi hər iki dövlətin iqtisadi-siyasi maraqlarına cavab verir. Burada xüsusi olaraq bir məsələyə diqqət etmək lazımdır ki, bu yaxınlarda Azərbaycan Avropa İttifaqı ilə saziş imzalamalıdır. Bu konteksdə Xorvatiya Avropa İttifaqının üzvü kimi bu məsələdə öz sözünü deməyə qadirdir. Mənə elə gəlir ki, Xorvatiya bu məsələyə öz mövqeyini mütləq şəkildə bildirəcəkdir”.

Politoloq onu da qeyd edib ki, Xorvatiya prezidentinin TAP layihəsinə qoşulmaq üçün bütün hazırlıqların tamamlandığını deməsi öz-özlüyündə mühüm əhəmiyyət kəsb edir:

“Bizim bir sıra genişmiqyaslı layihələrimiz var. Azərbaycan Beynəlxalq səviyyədə layihələrin təşəbbüskarı kimi tanınır. Bizim qaz kəmərlərmiz Balkan yarımadasına da gəlib çatır. Xorvatiya, eləcə də digər Balkan yarımadası ölkələri bundan səmərəli şəkildə istifadə edə bilər. Bu isə həm strateji məsələlər kontekstində, həm də iqtisadi anlamda Azərbaycanın marağında olan məsələdir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm