"Ölkə başçısının son xarici səfərləri Azərbaycan üçün güclü siyasi perspektivlər vəd edir"
Bizi izləyin

Nida Xəbər

"Ölkə başçısının son xarici səfərləri Azərbaycan üçün güclü siyasi perspektivlər vəd edir"

“Azərbaycan prezidentinin son həftələr ərzində bir neçə xarici ölkəyə səfəri və eyni zamanda xarici həmkarlarını ölkəmizdə qəbul etməsi ölkəmizin milli maraqlarına, mənafeyinə xidmət edərək Azərbaycanın ikitərəfli və çoxtərəfli müstəvidə inteqrasiyasına yönəlib”.

Bu sözləri Publika.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib. Onun sözlərinə görə, bu və digər görüşlər, atılan addımlar Azərbaycanın xarici ölkələrlə tərəfdaşlığının daha da dərinləşdirilməsinə hesablanıb:

“Bu kontksdə cənab İlham Əliyevin Rusiya Federasiyasına, Xorvatiyaya səfəri, eləcə də Türkdilli ölkələrin Qırğızıstanda keçirilən zirvə görünüşündə iştirakı, bununla yanaşı, Almaniya kansleri Angela Merkelin, Yaponiyanın xarici işlər nazirinin, Çinin Xarici Ölkələrlə Dostluq Assosiyasıyası rəhbərinin Azərbaycanda qəbul edilməsini və bir sıra digər vacib görüşlərin keçirilməsini xüsusi qeyd etmək lazımdır. Bunların hər biri Azərbaycanda iqtisadi və siyasi istiqamətlərdə olduqca əhəmiyyətli addımların atılmasına gətirib çıxarır. Bütün bu görüşlər çərçivəsində aparılan danışıqlar, əldə edilən razılıqlar Azərbaycanın dövlət maraqları baxımından müəyyən göstəricilərə malik olmaqla yanaşı, hər bir ölkə ilə də ayrı-ayrılıqda xarakterik münasibətlərin yaranmasına rəvac verir. Məsələn, Azərbyacanın Rusiya və Xorvatiya ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olması və bu istiqamətdə münasibətlərin daha da dərinləşməkdə olmasını qeyd etməklə yanaşı Almaniya –Azərbaycan münasibətlərinin də dərinləşməkdə olduğunu vurğulamaq lazımdır. Bu səfərlər və qəbullar çərçivəsində əldə edilmiş razılaşmalar Azərbaycana həm siyasi, həm iqtisadi cəhətdən önəmli perspektivlər vəd edir. Bundan başqa, xüsusilə Azərbaycan –Rusiya münasibətlərinin dərinləşməsi regionda təhlükəsizliyin və sabitliyin dayanıqlı olmasına təminat verir. Xorvatiya ilə əldə olunmuş razılaşmalar Avropanın enerji təhlükəsizliyində oynadığı rola daha böyük töhfələr vermək baxımından əhəmiyyətlidir. Azərbaycanın önəmli rola malik olduğu Xəzər hövzəsinin Mərkəzi və Cənubi Avropa ilə birləşdirilməsində Azərbaycan-Xorvatiya əməkdaşlığının da vacib rolu var”.

A.Quliyev onu da əlavə edib ki, Azəbaycanın inkişaf edən qeyri-neft sektoruna xarici kapitalların yatırılması da bu görüşlərin müsbət nəticələrindən biridir:

“Xüsusilə Rusiyadan, Xorvatiyadan, Almaniyadan ölkəmizin qeyri-neft sektoruna investisiyaların yatırılmasında bu görüşlər və imzaqlanan sənədlərin çox böyük əhəmiyyəti var. Ticarət əlaqələrimizin inkişafında bu səfərlərin mühüm rolları qeyd edilməlidir. Əgər bu gün Azərbaycan regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdırsa, bu ölkəmiz üçün Avropa Birliyi ilə əməkdaşlığın perspektivlərinə çox böyük gələcək vəd edir. Yaxud da Rusiya ilə müxtəlif iqtisadi sahədə, hətta əmlakın idarə olunmasında, qeydə alınmasında, maşınqayırma və kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində əldə edilmiş razılaşmaların ölkəmiz üçün ciddi əhəmiyyəti var. Yaponiya ilə son görüşdə əldə edilən razılıq bütün Qafqaz üzrə Yaponiyanın yeni strategiyaya başladığını deməyə əsas verir. Bu Azərbaycanın bir fəal ölkə kimi Yaponiyanın xarici siyasətində xüsusi dəyərləndirməsi kimi başa düşülməlidir. Çin-Azərbaycan əməkdaşlığının dərinləşməsi istiqamətində isə onu demək olar ki, Çinin dövlət rəsmiləri ilə ölkə başçımız İlham Əliyevin keçirdiyi görüşlərin də xüsusi önəmi var. Bu ölkəmizin iqtisadiyyatına dəstək verməklə yanaşı, Azərbaycanın geosiyasi əhəmiyyətini də dünya dövlətlərinin nəzərində artırır. Azərbaycan artıq bu regionda sülh və sabitlik üçün möhkəm və etibarlı bir qaranta çevrildiyini sübut edib”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm