Azərbaycanlılara qarşı soyqırımı törədən Koçaryan ermənilərin də düşmənidir - Deputat
Bizi izləyin

Nida Xəbər

Azərbaycanlılara qarşı soyqırımı törədən Koçaryan ermənilərin də düşmənidir - Deputat

Ermənistanda keçmiş prezidenti Robert Koçaryan “1 mart” işi ilə bağlı həbs olunsa da, sonradan Rusiyanın təzyiqi ilə azadlığa çıxdı. Lakin onun üzərində hələ də cinayət işi qalmaqdadır.

Paşinyanın Koçaryana qarşı hücumu olaraq qiymətləndirilən bu proseslər Ermənistanda iki cəbhə yaratdı və cəmiyyətin içində qarşıdurma baş verdi. Əslində nə Paşinyan, nə də Koçaryan bir-birindən o qədər də fərqlənir. Koçaryan hərbi xunta rejimi yaradaraq ölkəni idarə edirdi, Paşinyan isə demokratiya adı altında eyni siyasəti davam etdirir.

Robert Koçaryan I Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımı hərəkatının rəhbərlərindən olub. İstər Xocalıda, istərsə digər ərazilərdə azərbaycanlıların soyqırımında birbaşa iştirak edib.

Robert Koçaryan təkcə azərbaycanlılara qarşı yox, həm də ermənilərə qarşı böyük zülmlər edib. Onun prezidentliyi dövründə Ermənistan iqtisadiyyatı daha da çökdü, ermənilər səfil vəziyyətə düşdü.

Milli Məclisin deputatı Araz Əlizadə Publika.az-a açıqlamasında bildirib ki, o, Koçaryanın necə bir insan olduğunu yaxşı bilir.

“Koçaryan azərbaycanlılarla yanaşı, ermənilərin də düşmənidir. O, erməni xalqına da zülm edib”, - deyə o bildirib.



A.Əlizadə qeyd edib ki, Koçaryanla ilk dəfə 1990-cı ildə Praqada görüşüb: “Demokratiyaya gedən sülh yolu konfransı keçirilirdi. Təşkilatçı ABŞ Dövlət Departamenti idi. Həmin konfransda Sosial-Demokratlar Partiyasını mən, Xalq Cəbhəsini isə Tofiq Qasımov təmsil edirdi. Biz salona daxil olanda gördük ki, səhnədən xəritə asılıb, xəritədə Qarabağ Ermənistanın hissəsi kimi göstərilir. Tofiq Qasımov dedi ki, gəl, konfransı tərk edək, lakin mən bildirdim ki, düşmənlə döyüşdə meydandan qaçmayacam. Gəldim səhnəyə, yuxarı çıxıb xəritəni cırdım. Dövlət Departamentinin əməkdaşları dedilər ki, “niyə belə edirsən, o xəritəni biz asmışıq”. Mən də bildirdim ki, “siz Qarabağın Azərbaycan torpağı olduğunu bilməliydiniz”. Konfrans başlayanda Koçaryan Qarabağ separatçılarının adından çıxış etmək istəyirdi, mən qoymadım və onun stolunu çəkərək, masanın başqa tərəfinə keçirdim. Təklif etdilər ki, Koçaryanla Azərbaycan tərəfinin debatı təşkil olunsun. Tofiq Qasımov bildirdi ki, o kimdir ki, onunla debata çıxsın. Mən razılaşdım. Kasparovu moderator olaraq təyin etdilər və 15 dəqiqəlik vaxt verdilər. 12 dəqiqədən sonra Kasparov debatı bitirdi və elan etdi ki, Araz Əlizadə 12:0 hesabı ilə qalib gəldi. Koçaryan səriştəsizdir və heç nə bacarmır. Koçaryanı o vaxtdan tanıyıram. Sonra Ermənistanda Levon Ter-Petrosyan işğal olunmuş əraziləri qaytarmaq istəyirdi. Çünki o, Ermənistan üçün ən yaxşı yolun bu olduğunu anlayırdı. Lakin Koçaryan və Sarkisyanın təmsil olunduğu “Qarabağ klanı”, daşnaklar və digərləri Petrosyanı devirdilər. Sonra Koçaryan hakimiyyətə gəldi. O, prezident olduğu müddətdə ermənilərə zülm etdi. Ermənistan iqtisadiyyatı iflasa uğradı, ermənilər səfil gününə düşdülər. Sarkisyan da Koçaryanın yolunu davam etdirdi. Buna görə də Koçaryan həbs olunanda ermənilərin heç biri onu müdafiə etmədi. Koçaryan azərbaycanlılarla yanaşı, ermənilərin də düşmənidir”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm