Nida Xəbər
Silahlı nümayiş, Qafqazdan çəkilməyən barıt qoxusu və SƏRKƏRDƏ-ƏSGƏR BİRLİYİ
Gəlin açıq danışaq, son illər ordu dövlət siyasətinin
önünə çıxıb. ORDU 2016-cı ilin aprel döyüşlərindən sonra böyük
fasilələrlə keçən Qarabağ danışıqları Ermənistandakı inqilabın
nəticəsi ilə faktiki olaraq, tamamilə iflasa uğrayıb. Əslində
hadisələrin belə gedişi rəsmi Bakının maraqlarının xeyrinə işləyir.
Nə üçün? Ən azı o səbəbə görə ki, uzun illər yalnız Minsk
formatında dəyişən beynəlxalq konyunkturanı gözləyib irəliləyişə
ümid bəsləmək Azərbaycanı daha çox xarici dairələrin rəyi ilə
hesablaşmağa vadar edirdi və belədə qarşı tərəf Fransa, ABŞ və
Rusiya arasındakı ziddiyətlərdən müəyyən qədər faydalanmağı
bacarırdı.
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
Zahid Oruc deyib.
Z.Oruc qeyd edib ki, indi Paşinyan hələ də küçə üsyanının təsiri
altında özü də bilmədən danışıqlar prosesini boykot edərək, ənənəvi
müstəvini sındırıb və regionu əldə saxlayan kənar oyunçuların
konflikti monopoliyada tutmasına böyük zərbə vurub: “Doğrusu, bunu
əvvəllər ağla gətirmək qeyri-mümkün idi. Kiminsə şübhəsi yoxdur ki,
1-ci Qarabağ müharibəsinin nəticələrini dəyişdirmək üçün 90-cı
illərin ortalarında formalaşan formatın səmərəsizliyi maksimum 10
ildən sonra tam sübuta yetirilmişdi və onu ləğv etməkdən,
yeniləməkdən ötrü mütləq İrəvanda səhra komandirlərinin
hakimiyyətinə son qoyulmalıydı. İndi Prezident İlham Əliyev bütün
regional dövlətlərlə yaxşı siyasi-hərbi əlaqələr quraraq, tarixdə
heç vaxt olmayacaq dərəcədə uğurlu bir uzlaşma platformasını
formalaşdırmağa nail olub. Təsəvvürə gətirirsinizmi - İran,
Türkiyə, Rusiya ilə əlaqələrimiz, o cümlədən, həmin dövlətlərin
arasındakı ittifaqlar son 30 ildə heç vaxt indiki qədər yaxşı
olmayıb. Ona görə də İlham Əliyev ATƏT Baş katibi Tomas Qremingerlə
görüşdə İrəvana xəbərdarlıq edərək, faktiki olaraq müharibəyə
gerçək hazırlıqlarını qətiyyən gizlətmədi və Bakıda böyük milli
coşquya səbəb olan, əsil səfərbərlik hadisəsinə çevrilən Silahlı
Nümayişin də hədəfi təkcə tarixə ehtiram deyildi, eləcə də dünyaya
verilən aydın bir mesajın təntənəsi idi. Oradan çıxan nəticələrin
hamısını bölgədə marağı olan mərkəzlərin yaxşı dəyərləndirməyə
imkanları var, ən başlıcası, dediyimiz kimi, Paşinyan siyasi
vasitəçilərdən imtina edərək prosesi orduların üzərinə keçirib və
son aylar ərzində nümayiş edilən əzələ gücü sübut edir ki,
Azərbaycanın arzuladığı da elə budur. Axı səngərdəki qüvvələr
nisbətini indi müqayisə edəndə savaşın nə ilə yekunlaşacağını
təxmin etmək o qədər də çətin olmur”.
Milli Məclisin üzvünün sözlərinə görə, İlham Əliyev Ermənistanın
daxili siyasi böhran şəraitində bütün antipaşinyançıların
birləşərək yeni hökuməti yıxmaq istəməsində Qarabağ faktoruna əl
ata biləcəklərini çox ustalıqla nəzərə alır.
“Vaxtilə biz məhz bu səbəbdən uduzmuşduq. İndi qarışıqlığın
episentri İrəvana keçib. Diplomatik, siyasi və hərbi şərtlər
Azərbaycan liderinin istədiyi səmt üzrə inkişaf edir və məhz belə
bir şəraitdə Ali Baş Komandanın övladı, müasir dövlətimizin qurucu
atasının adını daşıyan oğul Heydər Əliyev hərbi mündirdə 10
milyonluq xalqın önündə şərəf və ləyaqətlə addımlayır, Silahlı
Qüvvələrin cərgəsində Vətənə sədaqət andı içir. Doğrudur, Prezident
övladının müqəddəs əsgər libası geyən sadə azərbaycanlı oğulları
ilə çiyin-çiyinə dayanması milli ruhu yüksəldən bir hadisədir və
bütün həyatını güclü dövlət qurmağa həsr edən bir liderin təkcə
qanunlara ehtiramı yox, həm də xalqın sabahı ilə öz balalarının
taleyini necə bir sırada gördüyünün əyani sübutudur. Nümunəvidir,
qürur doğurucudur və dövlət-vətəndaş bağlarını möhkəmləndirən
rəhbərin təkcə siyasi deyil, insani xarakterini də təyin etmək üçün
görk hadisəsidir. Çünki xüsusi vurğulamağa ehtiyac var, əgər
Azərbaycan ordusu sabah Şuşaya daxil olsa, təkcə silahlı erməni
birləşmələri ilə döyüşlərdən keçməyəcək, eləcə də indi dövlətimizi
və xalqımızın liderini hər addımda izləyənlərin məsələn, Əskəranda,
Qubadlıda, yaxud Murov dağının ətəyində “qəddarlıqla” öldürülmüş
bir düşmən əsgəri tapıb hakimiyyət əleyhinə aparmaq istədikləri
informasiya hücumunu dəf etməli olacaqlar. Axı onlar üçün cənab
İlham Əliyevin müharibədəki qələbəsi Birinci Şəxsi təkcə bir
millətin tarixi taleyində əbədiyaşar sərkərdəyə çevirmir, eləcə də
on illər ərzində müxtəlif siyasi dalanlardan ölkəmizə və
hakimiyyətə qarşı atəş açanları darmadağın edir, onları fiziki və
mənəvi məhvə məhkum qoyur. Bəli, ordu millətimizi daha yaxşı təşkil
edir və bütün ağırlığı öz üzərinə götürərək nümayişkaranə bir
şəkildə rahat kazarmalardan qaynar meydanlara atılır. Tarixən məhz
silahlı qələbələrimiz az olduğundan bizim siyasi və diplomatik
məkanda dilədiyimiz uğurları qazanmaq da mümkün olmayıb. On illər
ərzində Azərbaycanı dünya ilə müxtəlif neft-qaz, polad arteriyalar
vasitəsilə birləşdirəndən sonra Prezident İlham Əliyevin ordunu
bütün qüvvələrdən önə çıxarması Qarabağda savaşın məcburi seçim
deyil, tarixdə ilk dəfə əsil ingilis hesablaması, yəhudi
qalaqurması və rus neytrallığı formulunda üzə çıxarır. Müdriklər
deyir ki, siyasət müharibənin silahsız davamıdır, lakin ədalət
həmişə əsgərlərin süngüsünün ucundadır. Dünya tarixi sülh
müqavilələrini yalnız hərbi meydanlarda tökülən qanların
mürəkkəbinə batıraraq imzalayıblar. Ona görə də Qafqazlardan heç
vaxt barıt qoxusu çəkilməyib. Əgər Ermənistanda daxili savaş daha
da dərinləşərsə, Şuşada sülh sazişini imzalamağa lider
tapılmayacaq!”, - deyə Z. Oruc vurğulayıb.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO