Fəzail Ağamalı: "Paşinyanın psixi problemləri var, nə qadındır, nə də kişi"
Bizi izləyin

Nida Xəbər

Fəzail Ağamalı: "Paşinyanın psixi problemləri var, nə qadındır, nə də kişi"

“Paşinyanın psixi problemlərinin olduğuna dair artıq heç bir şübhə qalmayıb. Ard-arda keçirilən mətbuat konfranslarında biri digərini təkzib edən bəyanatlar verən birini ciddiyə almağa dəyməz”.

Bu sözləri Publika.az-a millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları naşılığından deyil, sözün əsl mənasında psixi problemlərinin olmasından irəli gəlir:

“Görünür ki, Nikol Paşinyanın çox ciddi problemləri var. Ermənistanda öz nüfuzunu itirmə təhlükəsi onun psixikasını bir az da pozub. Nə danışdığının, nə dediyinin fərqində deyil. Bütün bu psixi pozğunluqda bir-birinin ardınca bir qayda olaraq fizioloji proseslərlə özünü büruzə verir. Bu cür insanlar nə kişidir, nə də qadın. Onlar nə qadın, nə də kişi düşüncəsi ilə fikirləşə bilməyən, yaşaya bilməyən insanlardır. Diqqət edin, Paşinyanı xalq seçməyib. Xalq sadəcə olaraq Sarkisyana, onun işğalçı rejiminə nifrət bəsləyərək, illərdir yaratdığı sistemi, idarəçiliyi devirməyə çalışdı. Paşinyan isə bu vəziyyətdən istifadə edərək hakimiyyətə gəlib. O nəinki siyasi proseslərdən xəbərsizdir. Eyni zamanda söz tapa bilmədiyindən öz düşüncəsinin məhsulu olan boş-boş, cəfəng bəyanatlarla çıxış edir. Azərbaycan bu gün regionun sayılıb-seçilən dövlətlərindən biridir. Bu yaxınlarda dünya ölkələrinin ordusunun gücü araşdırılıb və Azərbaycan ordusu bu sırlamada 53-cü, Ermənistan isə 84-cü yerdədir. Burada əlavə sözə ehtiyac yoxdur. Düşünürəm ki, bu Azərbaycanın gücünü göstərən ən mühüm faktorlardan biridir”.

Ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə yollanmasının bütün valideynlər üçün nümunə olduğunu deyən millət vəkili, onu da əlavə edib ki, bütün bunlar vətənimizin etibarlı əllərdə olmasının işarəsidir:

“Bu gün İlham Əliyev və ailəsinin Heydər Əliyevin andiçmə mərasimində iştirak etməsi nümunəvi addımdır. Buradan sizin vasitənizlə Heydər Əliyevə uğurlar arzulayıram. Bu gün Paşinyan kimi biri bu məsələdə nə danışa bilər ki? Heydər Əliyevin andiçmə mərasimi hər kəsin gözü önündə keçirildi. Lakin Paşinyan da günlərdir öz oğlunu Qarabağa yola saldığını deyir. Dəlil, sübut varmı? Yoxdur. Hətta bir sıra mənbələrdə gedən rəsmi informasiyalara görə, onun oğlu günün böyük hissəsini Xankəndində keçirir. Bu sadəcə şoudur. Azərbaycanla müqayisə olunmaz səviyyədə olan Ermənistanın və orada özünü vəzifə sahibi sayan insanların hər hansı istiqamətdə fikir səsləndirməsi üçün gərək əvvəlcə normal düşüncələri, mənlikləri ola. O da ki, yoxdur. Buna görə də düşünürəm ki, Paşinyan danışaraq özünü güldürməkdənsə, susub sakit otursa, daha yaxşıdır. Çünki, Ermənistanı qarşıda daha böyük fəlakətlər gözləyir”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm