Müdafiə naziri bölmələrin döyüşə hazırlığını yoxladı - FOTO
Bizi izləyin

Nida Xəbər

Müdafiə naziri bölmələrin döyüşə hazırlığını yoxladı - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb.

Publika.az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, əbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan Müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan general-polkovnik Z. Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm