Nida Xəbər
Elmar Məmmədyarov Çində rəqəmsal inkişafdan danışdı
Azərbaycanın xarici işlər naziri Dünya İqtisadi Forumu
tərəfindən Çində keçirilən yeni çempionların illik görüşündə
“Avrasiya panelində inklüziv rəqəmsal inkişaf” panelində çıxış
edib.
Publika.az xəbər verir ki, panel iştirakçılarını
salamlayan, tədbiri təşkil edən Çin hökuməti və Dünya İqtisadi
Forumuna minnətdarlıq edən E. Məmmədyarov bildirib ki, bugünkü
görüş Avrasiyada inklüziv rəqəmsal inkişaf üzrə fikir mübadiləsi
aparmaq və regionda əməkdaşlığın daha da möhkəmləndirilməsinə
hədəflənmiş mövzu ilə bağlı tövsiyələri müəyyən etmək üçün yaxşı
imkandır: “Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka,
bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası
uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu
texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələr və
hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat
səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və
şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar
yaradacaqdır. Bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə
davamlı inkişafında mühüm rol oynayır. Evlərin yüksək sürətli
internetə çıxışı, Böyük Həcmli Verilənlər (Big Data) çağırışı üçün
bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı
inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən
keçirilə bilər. Qəbul edirik ki, əgər biz ortaq rifah üzərində
qurulan bir gələcək yaratmaq istəyiriksə, rəqəmsal texnologiya
vacib olacaqdır. Faktiki olaraq, texnoloji innovasiya
sürətləndikcə, bu, inklüziv artım üçün ən yaxşı cığır ola bilər.
Rəqəmsal iqtisadiyyatın əsaslarını möhkəmlətməklə hökumətlər bu
xüsusda əsas rol oynayırlar. Biz sahibkarlıq subyektlərinin
rəqəmsal texnologiyaların rəqabətə və yeniliklərə üstünlük
verməsinə imkan verən siyasət və qaydaları inkişaf
etdirməliyik”.
Xarici işlər naziri qeyd edib ki, informasiya və kommunikasiya
texnologiyalarının (İKT) inkişafı Azərbaycan hökumətinin
gündəliyində prioritet sahələrdən biridir.
“Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas
hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün
zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər
informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə
inkişaf edən sektorlardan biri etdi. Belə ki, hal-hazırda enerji və
nəqliyyatdan sonra bu, ölkənin üçüncü vacib iqtisadi sektorudur.
Azərbaycan Respublikasının informasiya və telekommunikasiya
texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə
Prezidentin sərəncamı ilə təsdiq edilib. Bu, İKT sektorunun
inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici
məsələləri əhatə edir. Siyasi çərçivələri və idarəetmə
protokollarını hazırlayarkən biz elmi tərəqqi və innovativ inkişafa
böyük diqqət ayırırıq. Ölkə əsas hədəflərdən bir neçəsi qismində
rəqəmsal ticarət, transsərhəd məlumat axınları, blokçeyn və
bölüşdürülmüş kitabça texnologiyasına diqqət ayırır. Ölkə
əhalisinin 79 faizi internet istifadəçisidir, onların 72 faizi
genişzolaqlı internetdən istifadə edir. İlbəil evlərin internetə
çıxışı artır və indi bu 77.2 faizdir. Rəqəmsal televiziya yayımına
keçid tamamlanmışdır. Bununla yanaşı, “Azerspace-1”
telekommunikasiya peyki, “Azersky” yer səthinin müşahidə peyki
uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin
edirlər. Azərbaycan bütün dövlət təşkilatlarından 30 milyon dəfə
tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn
texnologiyasına əsaslanan eGov portalı təsis edib. Hal-hazırda
gömrük bəyannamələrinin 100 faizi, vergi bəyannamələrinin 90 faizi,
əmək müqavilələrinin 100 faizi və qaimələrin 100 faizi onlayn
qaydada yerinə yetirilir. Milli malların onlayn kataloqunu
yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün Rəqəmsal
Ticarət Mərkəzi (RTM), dövlət özəl tərəfdaşlıq platforması
yaradılmışdır. Bu platformanın əsas məqsədi bütün lazımi xidmətlər
göstərməkdir, həmçinin öz məhsullarını ixrac etmək istəyən
sahibkarlar, xırda və orta sahibkarlara lisenziyalar, icazələr,
sertifikatlar və ödəniş imkanları təmin etməkdir. Azərbaycanın
Rəqəmsal Ticarət Mərkəzi yerli və regional səviyyədə inkişaf edir.
2016-ci ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk ilində 74
ölkədən sifariş edilmiş 475 milyon ABŞ dolları dəyərində mallar
istehsal olunub”, - deyə nazir diqqətə çatdırıb.
E. Məmmədyarov əlavə edib ki, Azərbaycan dünyada Rəqəmsal Ticarət
Mərkəzi vasitəsilə qeyri-rezidentlərə E-Rezidentura təklif edən
ikinci, m-Rezidentira təklif edən birinci ölkədir. E-Rezidentura və
m-Rezidentura Azərbaycanda müstəqil biznesin qurulması və
yerləşdirilməsi üçün dünyanın müxtəlif regionlarında və
Azərbaycanda müstəqil müəssisələrin yerləşdirilməsi həmçinin, yerli
Rəqəmsal Ticarət Mərkəzinin transsərhəd elektron xidmətlərindən
istifadə etmək kimi sahibkarları təşfiq etmək məqsədilə Azərbaycan
hökumətinin bütün qeyri-rezidentlərə verdiyi rəqəmsal və mobil
şəxsiyyətdir: “Biz Bakıda 7\24 fəaliyyət göstərəcək İnnovasiyalar
Mərkəzi qurmaq niyyətindəyik. Bu mərkəz innovativ ideyaları olan
gənc sahibkarlar və startuplar üçün pulsuz olacaq. Onların,
həmçinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan
qrant və kredit almaq imkanı da var. Azərbaycan hökuməti
sahibkarları öz ideyalarını biznesdə həyata keçirmək üçün
dəstəkləyir. WEF Global IT Hesabatının 2016-cı ilinə əsasən,
Azərbaycan mobil şəbəkə əhatəsi üzrə 1-ci, Hökumətin gələcək
baxışlarında İKT-yə verilən əhəmiyyət və İKT sektorunun təbliğində
hökumətin uğuruna görə 8-ci, dövlətin vətəndaşlara dövlət
xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün hökumət
tərəfindən qabaqcıl texnologiya məhsullarının satın alınması və
İKT-lərin istifadəsi üzrə 12-ci yerdə sıralanır. Qeyd edək ki,
Dünya İqtisadi Forumunun “İnklüziv İnkişaf İndeksi 2018”
hesabatında Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında
üçüncü, MDB və Avrasiya regionunda birinci yerdədir”.
Nazir vurğulayıb ki, coğrafi mövqeyi və iqtisadi potensialı
sayəsində Avrasiya regionu bu gün diqqət mərkəzindədir: “Təbii
ehtiyatlar və karbohidrogen ehtiyatları ilə zəngin olan region həm
də yüksək elmi və texnoloji potensiala və insan resurslarına
malikdir. Eyni zamanda, regionda müasir və yüksək texnoloji İKT
infrastrukturlarının qurulması zəruridir və bu məqsədlə, Azərbaycan
hökuməti Frankfurt şəhərindən Honq-Konqşəhərinə istiqamətlənən
transmilli fiber-optik xəttin çəkilməsini nəzərdə tutan
"Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi
(TASIM) təşəbbüsü ilə çıxış etdi. Bu genişzolaqlı marşrut, hər
saniyənin vacib olduğu rəqabət dövründə Şərq və Qərbi birləşdirən
ən qısa xətt olmalıdır. BMT Baş Assambleyasının qətnaməsi ilə
dəstəklənən layihə cəlb olunan ölkələrə təkmilləşdirilmişregional
və qlobal uzlaşma, diversifikasiya marşrutları, təkmilləşdirilmiş
fəlakətin dayanıqlığı, rəqəmsal bölünmənin pozulması və davamlı
inkişaf məqsədlərinə (SDGs) töhvə verilməsi və regional
innovasiyalara və modernizasiyaya töhfə kimi faydaların verilməsini
nəzərdə tutur. Biz əminik ki, TASİM layihəsinin reallaşdırılması
Avrasiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni iqtisadi
imkanlar açacaqdır. Biz inanırıq ki, İKT sektorunun inkişafı
sahəsində digər tədbirlərlə yanaşı, nəqliyyat dəhlizlərinin
infrastruktur rəqəmsallaşdırılması da inklüziv artımın effektiv
təminatçısı kimi xidmət edəcəkdir. Tarixə nəzər salsaq, bu region
ticarət marşrutlarının mərkəzi hesab edilib və daha geniş regionda
iqtisadi inkişafda mühüm rol oynayıb. Hər kəsə Böyük İpək Yolunun
tarixi əhəmiyyəti məlumdur və təsadüfi deyildir ki, müstəqilliyini
əldə etdikdən sonra Azərbaycan bu təşəbbüsü dəstəkləmiş və onun
bərpasında aparıcı rol oynamışdır. Ümumiyyətlə, Azərbaycan regionda
Bakı-Tbilisi-Qars neft kəməri, Trans-Anadolu qaz kəməri (TANAP),
Trans-Adriatik kəməri (TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti
kimi bəzi nümunələr göstərilməklə böyük infrastruktur layihələrinin
təşəbbüskarı kimi tanınır”.
Azərbaycanın məsafə və zaman baxımından Çin və Avropa arasında ən
qısa əlaqə hesab edildiyini diqqətə çatdıran E. Məmmədyarov qeyd
edib ki, müxtəlif hesablamalara əsasən, bu əlaqə nəqliyyat
daşımalarının vaxtının 70 faizinə qənaət etməyə imkan verir.
“Hal-hazırda, Avropa və Asiya arasında ticarət axını artdığından
Azərbaycan Avrasiyanın kəşisməsində nəqliyyat və logistika qovşağı
kimi inkişaf edir. Azərbaycan Avropa ilə Asiyanın
birləşdiriməsində, xüsusilə tranzit və logistik imkanlar,
trans-Xəzər nəqliyyat və ticarət dəhlizi, Bakı-Tbilisi-Qars
dəmiryol xətti və Ələt Beynəlxalq ticarət limanı vasitəsilə Çinin
təşəbbüsü olan “Bir kəmər, Bir yol” layihəsinin gerçəkləşdirilməsi
baxımdan əlverişli mövqe tutur. Çin və Avropa İttifaqının
üzvlərinin nəqliyyat şəbəkələrinin əlaqələndirilməsinə yönəlmiş bu
layihələr Avrasiya çərçivəsində iqtisadi və ticarət əlaqələrinin
inklüziv və davamlı inkişafına, eləcə də regional inkişafı və
rifahı təşviq etməklə insanlar arasında təmasların
fəallaşdırılmasına töhfə verəcəkdir. Bundan əlavə, Azərbaycan daha
sürətli Cənub-Şimal nəqliyyat dəhlizinin yaradılmasında
tərəfdaşları ilə əməkdaşlıq edir. Bu marşrut quru yolla İran,
Pakistan və Hindistandan Avropa ölkələrinə Azərbaycan vasitəsilə
yük daşımalarının həyata keçirilməsini təmin edir. Təhlükəsizlik və
sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa nail
olmaq üçün vacib bir şərtdir. Lakin hazırkı reallıqlar şəraitində,
Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazilərinin davam edən işğalı genişmiqyaslı regional əməkdaşlığın
inkişafına və eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə
regionda davamlı inkişafın əldə olunmasında bizim imkanlarımızı
məhdulaşdırır və daraldır. Bu xüsusda, vurğulamaq istərdim ki, bu
işğalçı siyasət Ermənistanın özünü regiondakı iqtisadi artım və
ticarət imkanlarından məhrum edir. Beləliklə, biz hələ daha da
geniş əhatəli və hərtərəfli iqtisadi əməkdaşlığa keçmək üçün
regionumuzun mövcud potensialdan tam şəkildə istifadə edə bilmirik.
Öncə qeyd etdiyim kimi, yeni texnologiyaların sürətli inkişafı
insanlara və ölkələrə iqtisadi və sosial sahələrdə yeni imkanlar
yaradır. Bununla yanaşı, həmin proses kiber hücumlar və iş
yerlərinin itirilməsi kimi yeni çağırışlar və təhdidlər gətirir. Bu
çətinliklərlə üzləşərkən dövlətin üzərinə böyük məsuliyyət düşür.
Beləliklə, vəziyyət düzgün qiymətləndirməli və vətəndaşların bu
kimi təhdidlərdən qorunması üçün lazımı ölçülər götürülməlidir.
Yekun olaraq vurğulamaq istərdimki, Azərbaycan Respublikası İKT və
inklüziv davamlı inkişaf üçün yeni texnologiyaların artan
əhəmiyyətini və bununla da iqtisadi göstəricilərin yüksəldilməsini
və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərə alaraq,
Avrasiya regionu ilə bu sahədə əməkdaşlığı daha da möhkəmləndirməyə
və genişləndirməyə hazırdır”, - deyə nazir bildirib.
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO