Binəli Yıldırım Bakıda əhaliyə hədik payladı - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Binəli Yıldırım Bakıda əhaliyə hədik payladı - - VİDEO

Azərbaycan Parlamentinin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Bakıya gələn Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türk Şəhidləri Məscidində namaz qılıb.

Publika.az xəbər verir ki, B.Yıldırımla birlikdə Qırğızıstan Parlamentinin sədri Datanbəy Cumabəyov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə namaz qılıb.

Namazdan sonra B.Yıldırım insanlara Türkiyə və Azərbaycan bayraqlarının rəngləri ilə bəzədilmiş hədik paylayıb.

Daha sonra mediaya açıqlama verən B.Yıldırım bir millət, iki dövlət olaraq Azərbaycan və Türkiyənin taleyinin eyni olduğunu bildirib: “Azərbaycanın sevinci sevincimiz, kədri kədərimizdir. Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınaraq həllini tapması yeganə yoldur. Bu məsələdə türkiyə Azərbaycanın haqq davasının yanındadır. Bu vəsilə ilə 100 il əvvəl bu torpaqlar uğrunda şəhid olanlara rəhmət diləyirəm. Burada 1232 şəhidimiz var. Türkiyə sərhədlərindən kənarda ən böyük şəhidlər xiyabanımız burdadır”.

Məscidin uzun müddət bağlı qalmasına toxunan B.Yıldırım onun yenidən ibadət edənlər üçün açıq olmasının sevidirici hal olduğunu bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm