Elmira Axundova: "Çox xoşdur ki, cənab Prezident bizim fəaliyyətimizi belə yüksək qiymətləndirir"
Bizi izləyin

Nida Xəbər

Elmira Axundova: "Çox xoşdur ki, cənab Prezident bizim fəaliyyətimizi belə yüksək qiymətləndirir"

“Parlamentin yüz illik yubileyi ilə bağlı keçirilən tədbirdə biz həm keçmişimizə, həm bu günümüzə, həm də gələcəyimizə nəzər saldıq. Məlum oldu ki, Azərbaycan Respublikası bu yüz il ərzində nə qədər böyük bir yol qət edib”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elmira Axundova deyib.

Millət vəkili dünənki tədbirin həm də Azərbaycanın 100 il ərzində beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb:

“Yüz il öncə bizim gənc respublikamız xarici dövlətlərin onu tanıması üçün necə vuruşub, çarpışırdı. Bu gün artıq müstəqil Azərbaycanının hüzuruna neçə-neçə xarici ölkələrdən qonaqlar gəlir. Asiyan, Avropa ölkələrinin parlament sədrləri, nümayəndələri dünən yubiley tədbirində iştirak etdi. Dünən çox həyəcanlı anlar yaşadıq. Cənab Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan Respublikasının 100 ildə keçdiyi yoldan çox qısa və mənalı şəkildə danışdı. İlham Əliyev bugünkü parlamentarilərin fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, Azərbaycan parlamentarilərin sayəsində biz beynəlxalq aləmdə naliyyətlər əldə etmişik. Millət vəkillərimiz beynəlxalq qurumlarda aktiv şəkildə iştirak edir. Onların fəaliyyəti nəticəsində bizim xeyrimizə qərarlar qəbul edilir, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizin xeyrinə böyük sənədlər qəbul edilir. Daha sonra Prezident bu fəaliyyətə görə parlamentarilərə təşəkkür etdi. Bu fikirlər mənim üçün son dərəcə önəmlidir. Çox xoşdur ki, cənab Prezident bizim fəaliyyətimizi belə yüksək qiymətləndirir. Bütün bunlar ürəyimizi qürurla doldurur. Prezident həmçinin parlamentarilər, qonaqlarla birlikdə şəkil çəkdirdi”.

E.Axundova parlamentin 100 illik yubileyində xarici qonaqların çıxışı zamanı diqqət çəkən məqamlara toxunub:

“Bütün çıxışçılar Azərbaycanla təmsil etdikləri ölkələr arasında daha aktiv əlaqələr qurulmasını istədiklərini vurğulayırdılar. Onlar Azərbaycanın regionda, dünyada olan əhəmiyyətindən danışırdılar. Ərəb ölkələri - Qətər, Bəhreyn, Küveyt, Misirdən gələn yüksək çinli məmurlar Azərbaycan-Ermənistan münaqişəsi çərçivəsində Azərbaycanın tərəfində olduqlarını, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etdilər, Ermənistana qarşı da tənqidi fikirlərini dilə gətirirdilər. Bu çıxışlar da çox böyük məna kəsb edirdi. Ümumiyyətlə, parlamentin yüz illik yubileyi tarixi hadisə idi. May ayından bu vaxta qədər Cümhuriyyətin, ordunun yüz illik yubileyi, iki dəfə təşkil edilən parad zamanı yaşanan hadisələr bizə tariximizə bir da nəzər salmağa imkan verdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm