Akif Aşırlı: "Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz yaxın zamanda bərpa ediləcək"
Bizi izləyin

Nida Xəbər

Akif Aşırlı: "Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüz yaxın zamanda bərpa ediləcək"

Azərbaycan Parlamentinin yüz illiyi əlamətdar hadisədir. Qırxdan çox ölkənin, parlamentlərarası qrupların üzvlərinin tədbirdə iştirakı son dərəcə önəm daşıyır.

Bu sözləri Publika.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.

A.Aşırlı bildirib ki, Azərbaycan Şərq dünyasında parlamentarizm ənənəsini tətbiq edən ilk ölkədir:

“Prezident İlham Əliyevin onlarla ölkənin parlament rəhbərləri qarşısında Qarabağ məsələsini qaldırması, bu barədə fikirlər səsləndirməsi bizə açıq düşmənçilik edənlərə, bəzi niyyətlərini Azərbaycanda həyata keçirmək istəyənlərə mesaj idi. Maraqlı məqam ondan ibarətdir ki, Qarabağ məsələsi Cümhuriyyət dövründə də Parlamentdə ən çox müzakirə edilən məsələlərdən idi. 100 il keçsə də bu məsələ yenə də parlamentdə müzakirə edilir. İnanırıq ki, yaxın zamanda Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm