Əlil qadının meyiti su quyusunda aşkarlandı – FOTO
Bizi izləyin

Nida Xəbər

Əlil qadının meyiti su quyusunda aşkarlandı – FOTO

Türkiyənin Manisa şəhərinin Kula qəsəbəsində eşitmə əngəlli qadın müəmmalı şəraitdə ölüb.

Publika.az “Habertürk”ə istinadən xəbər verir ki, Süleyman Karatepeli adlı şəxs onunla birgə yaşayan və eşitmə qüsurlu olan bacısı 63 yaşlı Nuriyyenin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Polis qüvvələri müraciət əsasında araşdırmalara başlayana kimi S.Karatepeli bacısının meyitini evdən 100 metr məsafədəki su quyusundan tapıb. Əraziyə gələn xilasedicilər qadının meyitini 10 metr dərinlikli quyudan çıxararaq aidiyyatı orqanlara təhvil verib.

Əlil qadının hansı şəraitdə öldüyü və ya quyuya necə düşdüyü hələlik məlum deyil, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm