Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcək
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Ermənistanın XİN başçıları Nyu-Yorkda görüşəcək

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında bu ilin sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.

Bu barədə Publika.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm