Orduxan Teymurxan rus kəşfiyyatının agenti imiş - SENSASİYALI FAKTLAR/FOTO
Bizi izləyin

Nida Xəbər

Orduxan Teymurxan rus kəşfiyyatının agenti imiş - SENSASİYALI FAKTLAR/FOTO

Azərbaycana qarşı mənəvi terror aparan “QRU” əməkdaşı olan “söyüş makinası” hələ sovetlər vaxtında hərbi xidmətdə olarkən “verbovka” edilib; o, 1988-ci ildə başlayan xalq hərəkatına qarşı təxribatlar törədən cəza dəstəsində xidmət keçib

Siyasi proseslərdə heç nə təsadüfi olmur. Bu, zaman-zaman deyilmiş və praktiki olaraq təsdiqini tapmış məsələdir. Bu baxımdan o da mümkün deyildi ki, heç zaman siyasi-ictimai proseslərdə iştirakçı olmayan, mübarizə meydanlarında görünməyən bir adam qəfildən Avropada peyda olsun və Azərbaycan dövlətinə qarşı indiyədək rast gəlinməyən iyrənc formada fəaliyyətə başlasın. Özü də o “fəaliyyətə” ki, burada əsas prioritet Azərbaycanın insanına, dəyərlərinə xas olmayan bir tərzdə söyüş, ağır təhqirlər “mübarizə” metodu seçilir və faktiki olaraq, “mənəvi terror” törədilir. Eyni zamanda bu fəaliyyətdə Azərbaycanın düşmənləri - erməni lobbisi ilə eyni “ələ oynamaq” da açıq-aydın şəkildə prioritetlərdən biridir.

Qəfildən Avropada peyda olub, Azərbaycana qarşı çirkin kampaniyalar aparan şəxslərdən biri məhz Orduxan Teymurxan oğlu Bəbirovdur. Hansı ki, onu üzü 90-lardan bu yana, ta 2015-ci ilə qədər nə Azərbaycanda hakimiyyətlə siyasi mübarizə aparan təşkilatda görən olub, nə bir mitinqdə iştirakı olub. Ümumiyyətlə, ömrünün xeyli hissəsini Rusiyada keçirən bu adamın birdən-birə Avropada peyda olub, Azərbaycan dövlətinə qarşı mənəvi terrora başlaması ilk gündən şübhələrə yol açmışdı.

ordu1.JPG (20 KB)

Bu cür təxribat xarakterli davranış taktikası adətən, xüsusi xidmət orqanlarında hazırlananan adamlar tərəfindən həyata keçirilir. Elə isə haqlı suallar yaranmışdı: Axı bu Orduxan kimdir? Hardan peyda oldu? Onu kim danışdırır? Məqsəd nədir? Bu kəsi haradan maliyyələşdirir və təlimatlandırırlar? Bu suallar təbii ki, hər zaman düşündürücü olub.

Uzun müddətli araşdırmalar və dəqiqləşdirmələrdən sonra bu adamı tam ifşa edə biləcək faktlar əldə etmək mümkün olub.

Detallara keçmədən, ümumi olaraq deyək, təsdiqini tapan bu məlumatlardan aydın olur ki, Orduxan Bəbirov hələ çox uzun illər əvvəl keçmiş sovet hərbi kəşfiyyatı tərəfindən konfidensial əməkdaşlığa cəlb edilmiş, hazırda Rusiya xüsusi xidmət orqanlarının, konkret olaraq “QRU”-nun nəzarəti altında Azərbaycana qarşı bəlli təxribatçı, pozucu fəaliyyətini davam etdirir.

Dosye:

Bəbirov Orduxan Teymurxan oğlu 23.09.1969-cu ildə Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Doğulduğu kənddə orta təhsil alıb və daha sonra 1987-1989-cu illərdə sovet ordusunda, Ukraynanın Odessa vilayətinin Bolqrad şəhərində yerləşən 98-ci qvardiya hava-desant diviziyasında (“ВДВ”) qulluq edib.

Elə onun “verbovka”sı da hərbi xidmət dövründən başlayıb.

O.Bəbirov faktiki olaraq özü haqda “məxfi” sayıla biləcək informasiyaları da bilərəkdən, yaxud bilməyərəkdən sosial şəbəklərdə yazdığı statuslarda özü sızdırıb. O, sosial şəbəkə paylaşımlarında müvafiq diviziyanın Moldova ərazisindəki bölməsində “paraşütçü” kimi hərbi xidmət keçdiyini də yazaraq təsdiq edib.

ordu2.JPG (21 KB)

Bəzi məlumatlara görə, Orduxan məlum açıqlamasında 98-ci “ВДВ”nin Moldova ərazisində dislokasiya olunmuş 300-cü paraşüt-desant alayını nəzərdə tutur.

Müxtəlif mənbələrdə, habelə KİV-lərdə yazılanlara əsasən, 1987 və 1989-cu illərin döyüş və siyasi hazırlıq nəticələrinə görə, həmin hərbi hissə “hava-desant qoşunlarının ən yaxşı alayı” adını qazanıb. İnternet resurslarındakı məlumatlardan bəlli olur ki, SSRİ-nin süqutundan sonra 300-cü alayın hərbi texnikası Moldovaya təhvil verilsə də, hərbi hissənin şəxsi heyəti RF-nın Xakasiya Respublikasının Abakan şəhərinə köçürülüb. Daha sonra o hissənin bazasında 100-cü əlahiddə hava-desant briqadası yaradılıb...

Və ortaya çıxan ilk dəhşətli, Orduxanın birbaşa cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda mənəvi məsuliyyətinə səbəb ola biləcək fakt:

Məlumatlı, Orduxan Teymurxan oğlu Bəbirovu şəxsən tanıyan mənbə qeyd edir ki, o, sovet ordusunun sıralarında Azərbaycan xalqının milli-azadlıq hərəkatına qarşı hərbi fəaliyyətlərdə iştirak edib!

Qaynağın verdiyi ilkin informasiyalar və onun əsasında apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, 98-ci diviziyanın Bolqradda dislokasiya olunmuş 217-ci paraşüt-desant alayının şəxsi heyəti Cənubi Qafqazda xüsusi “dövlət tapşırıqları”nı yerinə yetirib. Ən şokedici məlumat isə odur ki, Orduxanın xidmət və təlim keçdiyi, azərbaycanlılara və Azərbaycana qarşı əksər əməliyyatlarında iştirak edən həmin alayın şəxsi heyəti 1988-1990-cu illərdə Bakıda və Azərbaycanın müxtəlif iri şəhərlərində - Sumqayıt, Gəncədə “konstitusion qaydanın təmin olunması” adı altında Azərbaycan xalqının milli-azadlıq hərəkatına qarşı mübarizədə aktiv iştirak edib!

Məlumata görə, sözügedən alay Ermənistanın Oktembryan rayonu və İrəvan şəhəri, Azərbaycanın Xankəndi (Stepanakert) və Bakı şəhərində azərbaycanlılara qarşı xüsusi əməliyyatlara cəlb olunub. Bir konkret fakta diqqət edək: 1989-cu ilin 18 oktyabrında həmin diviziyanın hərbi qulluqçularını Bolqrada aparan İl-76 hərbi təyyarəsi Bakı yaxınlığında qəzaya uğrayıb. Bu qəzada 9 ekipaj üzvü və 48 desantçı ölüb. Bu, həmin alayın hərəkat illərində Azərbaycana qarşı cəza dəstəsi kimi istifadə olunmasını təsdiqləyən faktdır.

Digər bir fakt isə ondan ibarətdir ki, 16 yanvar – 16 mart 1990-cı ildə Bakı şəhərində Azərbaycan xalqına qarşı əməliyyatlar üçün dislokasiya edilmiş 98-ci diviziyanın şəxsi heyəti 20 yanvar faciəsinin törədilməsində bilavasitə iştirak edib!

ordu3.JPG (33 KB)

Azərbaycan vətəndaşı olduğundan, xalqın psixologiya və mədəniyyətini bildiyi üçün Orduxan Bəbirovun hərbi xidmət dövründə “verbovka” edilərək, 98-ci diviziyanın peşəkar döyüş qabiliyyətli, de-fakto cəza dəstəsi kimi fəaliyyətdə olan 217-ci, 299-cu və 300-cü alaylarının hərbi qulluqçularından formalaşdırılmış əməliyyat-taktiki qrupunun tərkibinə Azərbaycan ərazisində, o cümlədən ölkəmizin iri şəhərlərində (Gəncə, Sumqayıt və s.) milli azadlıq hərəkatına qarşı əməliyyatlarında fəallıq göstərdiyinə dair məlumatlar da var. Heç şübhəsiz ki, onun bu fəaliyyətini təsdiqləyən arxiv sənədləri də mövcuddur. Təəssüf ki, onlar məxfi sənədlərdir və onu Rusiya arxivlərindən almaq mümkünsüzdür. Bizi bilgiləndirən mənbə bunun dövlət sorğusu əsasında alına biləciyini də qeyd edir.

ordu4.JPG (35 KB)

Burada bir vacib detala da diqqət edək: Əldə etdiyimiz daha bir informasiyaya görə, münaqişə bölgələrində xüsusi əməliyyatlarda iştirak təcrübəsi nəzərə alınaraq, 98-ci diviziyanın və onun alaylarının rəhbər heyəti – onların bir çoxu Orduxanın komandirləri olub - müxtəlif vaxtlarda Rusiya Silahlı Qüvvələrinin yüksək idarəetmə orqanlarında təmsil olunublar. Bu fakt onların Azərbaycanda 88-89-cu illərdə cərəyan edən siyasi proseslərdə yaxından iştirak etməsinə də şübhə yeri qoymur. Buna dair bir neçə fakt da mövcuddur. Məsələn, arvix materiallarından və internet resurslarındakı bəzi məlumatlardan bəlli olur ki, 1985-1989-cu illərdə 98-ci diviziyanın komandiri olmuş, Tatarıstan əsilli general-mayor A.A.Çindarov Əfqanıstandakı hərbi əməliyyatlarda, Dağlıq Qarabağ, Cənubi Osetiya, Abxaziya və Çeçenistan münaqişələrində, habelə Yuqoslaviya ərazisində Rusiya sülhməramlılarının yeridilməsi proseslərində bilavasitə iştirak edib.

Daha bir fakt: 1986-1989-cu illərdə 300-cü alay komandiri olmuş A.P.Kolmakov isə Rusiyada 1991-ci ilin avqust dövlət çevrilişi cəhdi zamanı desantçıların Moskvaya yeridilməsində, RSFSR Ali Sovetinin əvvəlcə mühasirəyə alınmasında, sonradan isə parlament binasının mühafizəsinin təşkilində əsas fiqurlardan biri olub. O, 2003-2007-ci illərdə “ВДВ”nin komandanı, 2007-2010-cu illərdə Rusiya müdafiə nazirinin 1-ci müavini olub. Bu şəxs 2014-cü ildən “DOSAAF”ın rəhbəri kimi fəaliyyət göstərir.

Bu diviziyanın siyasi, konfliktli proseslərdə iştirakı, komandirlərin, zabitlərin təcrübəsi nəzərə alınmaqla, onlar hər zaman önə çəkiliblər, məxfi, siyasi xarakterli kəşfiyyat işlərində fiqur olublar.

Daha bir kadr - 1989-1991-ci illərdə 300-cü alayın komandiri olmuş A.N.Bespalov 2005-ci ildə Zaqafqaziyadakı Rusiya qoşunları qrupunun komandanı, habelə Şimalı Qafqaz Hərbi Dairəsi komandanının müavini kimi xidmət keçib. Hazırda RF SQ Hərbi Akademiyasında hərbi idarəetmə kafedrasının rəisi vəzifəsini tutur.

1991-1995-ci illərdə həmin alay komandiri olmuş A.İ.Lebed (14-cü ordunun komandanı, RF Təhlükəsizlik Şurasının katibi olmuş general Lebedin qardaşı) 1979-1982-ci illərdə Əfqanıstanda, İrəvan və Bakıda xidmət edib. 1995-ci ildən siyasi fəaliyyətə qoşulub, Xakasiya Respublikası hökumətinin başçısı, “Vahid Rusiya” partiyasının siyahısı üzrə Dövlət Dumasının deputatı seçilib.

Sadalananlar 98-ci diviziyanın şəxsi heyətindən, o cümlədən komandir kadrlarından keçmiş SSRİ, sonra isə RF-in hərbi-siyasi maraqları çərçivəsində vacib element kimi istifadə edildiyini söyləməyə əsas verir. Məsələnin incə və birbaşa Orduxan Bəbirova aid olan hissəsi isə odur ki, mənbənin məlumatına görə sözügedən diviziyadakı milli azlıq nümayəndələrini təmsil edən çağırışçılar arasından SSRİ – daha sonra Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi üçün konfidensial əməkdaşlığa namizədlərin seçilməsi, öyrənilməsi və gələcək fəaliyyətlərə hazırlığı prosesində geniş istifadəsi edilməsinə dair informasiyalar, faktlar mövcuddur.

Orduxan səni deyirlər ile ilgili görsel sonucu

Bütün bu faktları təsadüfən sadalamırıq. Bu qeyd edilənlər belə bir qənaət formalaşdırır ki, həmin siyasi xarakterli, cəza qüvvəsi kimi tanınan alayda xidmət keçən Orduxan Bəbirovun onların diqqətindən yayınması mümkünsüzdür. Mənbəmiz bunun baş verdiyini təsdiqləyən faktları da çatdırıb. Belə ki, başqa ölkə ilə sərhəd bölgəsində yaşayan Orduxanın rus kəşfiyyatının diqqətini necə cəlb etməsi, hərbi xidmətə getdikdən sonra onun doğulduğu Cəbrayıl rayonunun icra orqanlarındakı sənədlərinin alınıb aparılması, hərbi qeydiyyatdan belə çıxarılıb Rusiyada qeydiyyata alınması haqda ilginc məlumatlar da gələn xəbərlər sırasındadır...

Bu və Orduxan Bəbirovun SSRİ dağıldıqdan sonra Rusiya xüsusi xidmət orqanlarının agenti kimi, ən müxtəlif proyektlərə necə cəlb edilməsi, habelə onun kəşfiyyat orqanlarının dəstəyi ilə sonrakı müddətdə Rusiyadakı azərbaycanlılara qarşı kriminal cəza dəstələrindən birinə kurator kimi cəlb edilməsi, RF-də yaşayan azərbaycanlılara qarşı reket və əsassız pul tələbetmə fəaliyyətləri ilə məşğul olması haqda məlumatları da növbəti yazıda təqdim edəcəyik. (Müsavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm