Nida Xəbər
"Prezidentin hər bir açıqlama mətninin arxasında böyük prosesin ayrıntıları dayanır" - MÜSAHİBƏ
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu son
günlərin proseslərini Publika.az-a müsahibəsində
dəyərləndirir.
- Rauf bəy, öncə Azərbaycanın dəyərli oğlu Novruz
Həsənlinin vəfatından dolayı sizə bir daha başsağlımızı çatdırırıq.
Novruz bəy Azərbaycan üçün böyük fədakarlıqlar etmiş insan idi.
Onun itkisini necə qiymətləndirirsiniz?
- Novruz bəyin vəfatı Azərbaycanın, həm də türk dünyasının böyük
itkisidir. Dəyərli dostumuz idi, Allah rəhmət etsin. O, Qarabağ
savaşının gerçək qəhrəmanlarından biridir. Özünü reklam etməyi
sevmədiyi üçün ola bilər ki, informasiya məkanında onun haqqında
məlumat azdır. Lakin deyə bilərəm ki, həm dövlət səviyyəsində, həm
də bu savaşın yaxın iştirakçıları səviyyəsində onun etdiyi
fədakarlıqlar haqqında kifayət qədər məlumat var. Novruz bəy türk
dünyası ilə Azərbaycanı sıx bağlayan sima idi. Bu bağlantılar
Azərbaycan üçün, onun gələcəyi üçün, Türkiyə və Azərbaycan
münasibətlərinin sağlam məcrada vahid nöqtəyə gəlməsi üçün bizə
həmişə lazım olacaq.
- Novruz Həsənli haqq dünyasına qovuşdu, lakin bu gün
Azərbaycan-Türkiyə münasibətləri, qardaşlığı fonunda deyə bilərikmi
ki, onun uğrunda mübarizə apardığı amal gerçəkləşib?
- Türkiyə və Azərbaycan dövlətinin maraqları 99 faiz üst-üstə
düşür. İki ölkənin demək olar ki, üst-üstə düşməyən maraqları
yoxdur. Bu baxımdan, bizlər olmasaq da, Novruz bəyin fəaliyyəti
olmasa da, Azərbaycan-Türkiyə münasibətləri başqa biriləri
tərəfindən inkişaf etdiriləcəkdi. Çünki biz eyni millətik, eyni
kökə, eyni dinə və eyni maraqlara sahib olan toplumlarıq. Bir
millət iki dövlətik. O baxımdan belə də olacaqdı. Lakin nə xoş bizə
ki, nə xoş Novruz bəyin halına ki, bu böyük missiyada Allah ona da
böyük şans verdi. Bildiyiniz kimi, türk dünyasında hər kəs Novruz
bəyə “Əmmi” deyə müraciət edirdi.
Azərbaycan respublikasının rəhbərləri və Türkiyə Cümhuriyyətinin
rəhbərləri hər zaman bir-birinə qarşılıqlı olaraq sevgi və sayğı
bəsləyiblər, eyni zamanda bir-birini dəstəkləyiblər. Azərbaycan və
Türkiyə arasında nə xarici, nə hərbi, nə maliyyə, nə də digər
sahələrdə toqquşan nöqtələr yoxdur. Biz maraqları 99 faiz üst-üstə
düşən dövlətik. Buna görə də Türkiyə və Azərbaycan bir millət iki
dövlət olub.
- Türkiyə və Azərbaycanın birgə fəaliyyəti hər zaman Dağlıq
Qarabağ münaqişəsinin ədalətli həllinə böyük ümidlər yaradıb. Son
günlər Bakı və Ankaranın bu istiqamətdə aktiv fəaliyyəti müşahidə
olunur. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərində
səsləndirdiyi fikirlər də bu kontekstdə xüsusi diqqət çəkdi.
Regionda dəyişən siyasi proseslər fonunda hesab etmək olarmı ki,
Bakı və Ankaranın bu fəaliyyəti nəhayət ciddi nəticələrini
verir?
- Məhz Azərbaycan və Türkiyənin koordinasiyalı siyasətinin
nəticəsində bu gün Ermənistan olduqca pis durumdadır. Türkiyə
fədakarlıq edərək, uzun illərdir Ermənistanla sərhədləri bağlayıb.
Bunu Azərbaycan edə bilərdi, bir də Azərbaycan kimi bir dövlət,
yəni Türkiyə edə bilərdi. Qonşu ölkələr Azərbaycana bu fədakarlığı
etməzlər. Bakı və Ankaranın uzunmüddətli fəaliyyəti nəticəsini
verməli idi. Nəticə də ondan ibarətdir ki, uzun illər monolitliyi
ilə öyünən Ermənistan və erməni xalqı paramparça, düşərgələr,
partiyalar, klanlar vasitəsilə bölünmüş vəziyyətdədir. Bu,
Azərbaycan üçün strateji nəticədir. Belə bir nəticəyə nail
olunmasında Türkiyənin böyük dəstəyi olub. Hazırda dəyişən dünyada
Azərbaycan yeni şanslar əldə edib. Türkiyə və Rusiya təxminən
dörd-beş əsrdən sonra bir-birinə münasibətlərdə ən pik səviyyədə
yaxınlaşıblar. Bu yaxınlaşmada Azərbaycan və onun Prezidenti İlham
Əliyevin böyük rolu olub. Azərbaycan, Türkiyə və Rusiyanın böyük
strateji hədəflər üçün birgə yürüməsi Ermənistan kimi kiçik faktoru
aradan çıxarır. Rusiya Qafqazlara yönəlik siyasətinə və bölgədəki
dostlarına yenidən baxmaq şansı əldə edib. Bu baxımdan, böyük
fürsətlər yaranıb. Cənab Ərdoğanın və digər dövlət başçılarının, o
cümlədən Rusiya prezidenti Vladimir Putinin son vaxtlar verdikləri
ismarışlarından və davranışlarından sezilir ki, Azərbaycan müəyyən
bir məsafə qət edə bilib. Məsafə yalnız döyüş vasitəsilə qət
edilmir, həm də diplomatik münasibətləri, xarici siyasəti düzgün
qurmaq nəticəsində əldə olunur. Azərbaycanın qüsursuz, sistematik,
dürüst xarici siyasəti var. Bu xarici siyasət öz nəticələrini
verməkdədir. Ermənistan artıq şikayət edir, erməni cəmiyyəti
gərgindir, işğalçı ölkə xaotik vəziyyət yaşayır. Bu xaotikliyin
içindən çıxardıqları Paşinyan və onun davranışları Ermənistandakı
xaos vəziyyətini daha da dərinləşdirir. Bu baxımdan, qarşıdakı
illərdə Azərbaycan üçün böyük fürsətlər açılacaq.
- Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100
illiyi münasibətilə keçirilən iclasda “Dağlıq Qarabağ münaqişəsinin
yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır” deyə
bildirdi. Doğrudur, rəsmi Bakı bu mövqeyi dəfələrlə səsləndirib.
Lakin dəyişən geosiyasi proseslər və Paşinyanın danışıqlar
atmosferini alt-üst edən absurd fikirləri fonunda ekspert dairələri
ərazilərin azad edilməsi üçün Bakının alternativ varianta üz tuta
biləcəyi haqqında danışırlar.
- Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağ
məsələsi ilə sistematik məşğul olan, regionda ən məlumatlı
şəxslərdən biridir. Onun hər bir açıqlama mətninin arxasında mütləq
və mütləq böyük prosesin ayrıntıları dayanır. Sadəcə olaraq, bunu
oxumaq lazımdır. Hər bir ekspert də bu açıqlamadan çıxan nəticələri
oxumağa çalışır, o cümlədən biz də. Mənim gəldiyim nəticə odur ki,
Prezident İlham Əliyev işğalçı tərəfi başa salmaq istəyir ki,
Azərbaycan öz torpaqlarından vaz keçməyəcək. Seçim ermənilərindir:
torpaqları ya dinc yolla qaytarırlar, yaxud da acı məğlubiyyət və
böyük itki verərək. Seçim istənilən halda Ermənistana aiddir. Çünki
Azərbaycanın başqa seçimi yoxdur. Azərbaycan yalnız öz ərazilərinin
azad edilməsini istəyir. Prezident İlham Əliyev də hər fürsətdə
bunu dilə gətirir, hər vasitə ilə bu istiqamətdə çalışır.
Azərbaycan xalqı bütün müxalifət və media da daxil olmaqla Qarabağ
məsələsində monolitdir. İstisna hal yalnız Avropada olan bir neçə
xarici kəşfiyyat orqanlarına satılmışlar ola bilər. Lakin cəmiyyət
bütövdür, birdir. Seçim artıq Ermənistana qalıb. Qarşısında
qüdrətli Azərbaycan dövləti var. Bu dövlətin torpağı işğal olunub
və torpaqlarını azad etməyənə qədər dayanmayacaq. Azərbaycan uğurlu
xarici siyasətlə müttəfiqlərinin sayını artırır, bədxahlarının
sayını isə azaldır, Qarabağ məsələsində hakim ola biləcək
qüvvələrlə münasibətlərini sürətlə düzəldir, bunun əksinə,
Ermənistanın bu qüvvələrlə münasibətləri pisləşir. Belə bir
vəziyyətdə Ermənistanın yanlış seçimi onlar üçün fəlakətlə
nəticələnəcək. Bu baxımdan, Prezidentin açıqlaması Azərbaycan
ictimaiyyətindən daha çox, Ermənistan ictimaiyyəti və rəhbərliyinə
ünvanlanmışdı. Onlar bu seçimi etməlidir. Etməsələr uzun illər
düzəlməyəcək fəlakət yaşanacaq. Erməni xalqı bu fəlakətin
kandarından nə qədər tez dönsə, onlar üçün bir o qədər sərfəlidir.
Ermənilər danışıqlar yolu ilə Qarabağın və digər ərazilərin
qaytarılması yolunu seçməlidirlər.
Asif
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi