Paşinyanın arvadının Mehriban Əliyevaya müraciət etməyə mənəvi haqqı yoxdur - DEPUTAT
Bizi izləyin

Nida Xəbər

Paşinyanın arvadının Mehriban Əliyevaya müraciət etməyə mənəvi haqqı yoxdur - DEPUTAT

“Ermənistının Birinci xanımının sülh çağırışlarına növbəti riyakarlıq, cəfəngiyat, təxribat və erməni hiyləsi adı vermək olar”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Avrasiya Qadın Forumunda Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin qarşısının alınması üçün Ermənistan və Azərbaycan qadınlarının səylərinin birləşdirilməsi ilə bağlı çıxışına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, A.Akopyanın ölkəsini bütün beynəlxalq təşkilatlarda və onların qəbul etdiyi sənədlərdə işğalçı kimi tanıyırlarsa və bu işğalçılıq siyasətini onun əri də davam etdirirsə, deməli, bu qadın özü də işğalçılığa xidmət edir:

“İşğalçılığa xidmət edən bir insanın sülh çağırışları ilə çıxış etməyə haqqı yoxdur. Bu qadın ilk növbədə evdə ərindən və onun komandasından tələb etməlidir ki, işğalçılığa son qoy, erməni analarının oğullarını başqa ölkənin torpağında işğalçılıq siyasətinə qurban etmə. Sözsüz ki, onun beynəlxalq tədbirdə bu cür çıxış etməsinin arxasında yenə də erməni hiyləsi var. İşğalçı rejimin nümayəndəsi indi də bu cür çıxış etməklə ölkəsinin işğalçı imicini düzəltməyə çalışır. Lakin anlamır ki, belə bir cəfəng çıxış həm gülünc, həm də abırsızlıqdır. Belə bir misal var tovuzquşu başını gizlədərkən quyruğundan xəbəri olmur. Heç bir Azərbaycan qadını belə saxta çağırışa cavab verməz. İşğalçı Ermənistan rejiminin təmsilçisinin fəaliyyəti ilə dünyada dostluq, xoşgörü, humanizm və xeyirxahlıq nümayiş etdirən, iki mədəniyyət dünyasının UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti möhtərəm Mehriban Əliyevaya və dünya birliyinə müraciət etməyə mənəvi haqqı yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm