Nida Xəbər
Ordumuzda yarış başladı - FOTO
Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu üzrə keçirilən futbol birinciliyinə start verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, yarış iştirakçıları əvvəlcə hərbi hissədə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Ulu Öndərin və şəhidlərin xatirəsini yad ediblər.
Yarışı açıq elan edən Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin zabiti, polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən qayğıdan danışaraq bildirib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə idmanın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir və Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
Ordu idmançıları da uğur və qələbələri ilə bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
AFFA-nın hakimlər komitəsi üzvlərinin idarə etdiyi futbol birinciliyində qoşun növləri, hərbi hissə və birləşmələrdən 13 komanda iştirak edir. Yekunda yarışın qaliblərinə fəxri fərmanlar, mükafatlar, qalib komandaya isə kubok təqdim olunacaq.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?