“Gömrük islahatları və modernləşdirilmə” - FOTO
Bizi izləyin

Nida Xəbər

“Gömrük islahatları və modernləşdirilmə” - FOTO

Bu gün Qusarda Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə jurnalistlər üçün “Gömrük islahatları və modernləşdirilmə” mövzusunda təlimlərə başlayıb.

Publika.az xəbər verir ki, təlimdə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, millət vəkili Hikmət Babaoğlu, KİVDF sədri Vüqar Səfərli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, politoloq Arzu Nağıyev, Mətbuat şurasının sədr müavini Müşfiq Ələsgərli və digər şəxslər iştirak ediblər.

Tədbiri Çıxış nitqi ilə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev açıb.

O, Komitənin beynəlxalq standartlara uyğun apardığı islahatları diqqətə çatdırıb:

"İslahatlar əsasən 3 istiqamətdə aparılır - gömrük-biznes, gömrük-hökumət və gömrük-gömrük. İctimaiyyət komitənin həyata keçirdiyi islahatları bilməlidir və bu islahatlardan xəbərdar olmalıdır. Bu gün Komitənin qarşısında duran əsas məqsədlərdən biri təhlükəsizlik, digəri isə fiksal siyasətdir. Bunları bilmək üçün gömrük komitəsi media ilə sıx işləməlidir. Düşünürəm ki, gələcək də islahatların bir istiqaməti də gömrük-media ola bilər. Bunun üçün də medianın əsas işi məlumatları ictimaiyyətə düzgün çatdırmaqdır”.

O qeyd edib ki, 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 19 min manat idisə, 2017-ci ildə bu rəqəm 16 min manat olub: “2018-ci ildə ölkədə elektron ticarətin həcmi 400 min manata qalxıb. Yəni bu il elektron ticarətin həcmi 20 dəfə artıb. Buna səbəb isə odur ki, mobil telefonların gətirilməsinin qarşısını almışıq. Əgər bir ucqar kənddə 90 yaşlı nənənin adına “iPhone” telefonu gəlirsə və nənənin bu telefondan xəbəri yoxdursa, təbii ki, belə halların qarşısı alınacaq”.

İ.Babayev vurğulayıb ki, bəzən gömrük xidmətindən yazan jurnalistlər gömrük yığımları ilə rüsumların fərqini bilmirlər:

“Təəssüf ki, bu cür hallar heç də arzu olunan deyil. Məhz bu cür halların qarşısını almaq məqsədilə sədr Səfər Mehdiyevin təşəbbüsü ilə jurnalistlər üçün maarifləndirici təlimlərin keçirilməsinə qərar verdik. Bu təlimlərin vasitəsilə jurnalistlərə bu anlayışlar, terminlər ətraflı şəkildə izah ediləcək".

Qeyd edək ki, jurnalistlər üçün təşkil edilən təlim 29 sentyabradək davam edəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm