Vaxt var idi ki, adi mərmini belə... - Ramaldanov
Bizi izləyin

Nida Xəbər

Vaxt var idi ki, adi mərmini belə... - Ramaldanov

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərbi sənayesi inkişaf edir. Bu gün müxtəlif adda hərbi məhsullar istehsal etməyimiz bunun sübutudur”.

Publika.az
-a açıqlamasında bu barədə hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, “ADEX-2018” sərgisinin Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan bu gün bir çox ölkəyə hərbi məhsullar ixrac edir.

“Hərbi sənayemizin inkişaf etməsi ordumuzun arsenalının güclənməsinə təkan verir. Digər tərəfdən, bu sahədə əldə etdiyimiz uğurlar iqtisadi potensialımızın da yüksək olmasından xəbər verir. Bu gün Azərbaycanın müdafiə sənayesi inkişaf edir və bu, olduqca ürəkaçandır. Vaxtilə Qarabağ müharibəsində silah-sursat çatışmazlığından əziyyət çəkirdik. Çünki adi mərmini belə başqa ölkədən alırdıq. Bu gün ordumuzu bir çox hərbi məhsulla təmin edirik. Bu, bizim potensialımızın böyük olması deməkdir”, - deyə ekspert vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm