29 ölkənin təmsilçisinin Bakıya gəlməsi... - Hərbi ekspert
Bizi izləyin

Nida Xəbər

29 ölkənin təmsilçisinin Bakıya gəlməsi... - Hərbi ekspert

“ADEX-2018” sərgisi Azərbaycan üçün çox vacib tədbirlərdən biridir. Azərbaycanın həyatında son vaxtlar onsuz da yaddaqalan hadisələr çoxdur. “ADEX-2018” sərgisi də əhəmiyyətinə görə ən yüksək yerlərdən birini tutacaq”.

Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov sentyabrın 25-də Bakı Ekspo Mərkəzində üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin açılışını və Azərbaycanın müdafiə sənayesində əldə etdiyi uğurları şərh edərkən deyib.

Hərbi ekspert qeyd edib ki, sərginin iştirakçılarının sayı ilbəil artır:

“ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərgidə Türkiyə 41, Rusiya 25, İsrail 14 və Belarus 10 şirkətlə təmsil olunur. Azərbaycanda özünün istehsalı olan yeni silah-sursatı da bu gün təqdim edib. Onların arasında snayper tüfəngləri çoxluq təşkil etsə də, bütövlükdə həmin silahların həm keyfiyyəti, həm də kəmiyyəti artıb. Son illərdə müdafiə sənayesi sahəsində əldə etdiyimiz uğurlardan biri də odur ki, istehsal etdiyimiz silahları dünyanın bir çox ölkələri alırlar və öz ölkələrinin silah arsenalına daxil edirlər. Bu, çox vacib məqamlardan biridir. Baxmayaraq ki, Azərbaycan son illərdə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib, amma bunların arasında müdafiə sərgilərinin xüsusi yeri var”.

Müsahibimizin sözlərinə görə, sərginin əhəmiyyətli tərəflərindən biri də odur ki, Azərbaycan paytaxtına çoxlu sayda yüksək səviyyəli qonaqlar gəlib:

“29 ölkənin təmsilçiləri buraya elə-belə gəlməyiblər. Onlar silah-sursata baxış keçirir, yerində müzakirələr aparırlar və sonda da həmin silahlarla bağlı razılaşmalar həyata keçirirlər. Hesab edirəm ki, sərgi bütün parametrlərinə görə dünyanın ayrı-ayrı ölkələrində keçirilən sərgilərdən heç bir halda geri qalmır, əksinə bir sıra göstəriciləri baxımından onları üstələyirik. Bu, Azərbaycanın böyük uğurudur və Müdafiə Sənayesi Nazirliyinin qısa müddətdə əldə etdiyi uğurlara sevinməliyik. Düşmənlərimiz təbii ki, bu uğurlardan çox böyük narahatlıq keçirirlər. Bilirəm ki, bir sıra ölkələr burada Müdafiə Sənayesi Nazirliyi ilə ayrı-ayrı silah-sursat növlərinin istehsalı üzrə protokollar imzalamaq istəyirlər. İsrail, Türkiyə, Rusiya və Belarus maraqlıdır ki, Azərbaycanın imkanlarından istifadə edərək hərbi zavodlarımızda və fakriklərimizdə birgə məhsul istehsal etsinlər. Əminəm ki, sərginin yekunundan sonra maraqlı məlumatlar eşidəcəyik”.

İsrailin dünyada ən dəqiq müdafiə sənayesi texnologiyasına malik ölkələrdən olduğunu deyən hərbi ekspertin sözlərinə görə, bu ölkə Azərbaycanla birgə silah istehsalında maraqlıdırsa, bu onu deməyə əsas verir ki, İsrail həm Azərbaycanın gücünə inanır, həm də mütəxəssislərimizin ortaya qoyduğu innovator təkliflərindən yararlanmaq istəyir. Bu gün adıçəkilən dörd yeni silah sırf Azərbaycan mütəxəssisləri tərəfindən planlaşdırılmış və reallaşdırılmış məhsuldur. Bu silahların hər parametrləri, həm də döyüş qabiliyyətinə görə bir-birindən fərqli və gözəl silahlardır. İsrail onun marağındadır ki, təkcə atıcı silahlar deyil, hərbi təyinatlı başqa məhsullar da Azərbaycanda istehsal olunsun. Adını çəkdiyim və çəkmədiyim digər ölkələr də Azərbaycanla hərbi əməkdaşlığa yüksək maraq göstərirlər. Bu da Azərbaycanın dünyada artan nüfuzunun daha bir göstəricisi olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm